"LANDAU Lions" komandası basketbolçusu Aubri Makalpaynla yollarını ayırıb.
Bu barədə "Report"a Azərbaycan təmsilçisindən məlumat verilib.
Xatırladaq ki, ABŞ-dən olan oyunçu 2024-cü ildən klubun formasını geyinib. O, ötən mövsüm komanda ilə Azərbaycan çempionatının gümüş mükafatçısı olub.