3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi bu gün start götürür.
"Report"un məlumatına görə, Fəvvarələr Meydanında yarışda Azərbaycan millisi və "Neftçi SOCAR" komandası mübarizə aparacaq.
Milli komanda seçmə mərhələnin B qrupunda Benin və Braziliya yığmaları ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq saat 10:25 və 12:05-də start götürəcək. Qrup qalibi əsas raundun D qrupunda İspaniya və Avstriya ilə görüşəcək.
"Neftçi SOCAR" əsas mərhələnin A qrupunda Çexiyanın "Praqa" klubu və Litva millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunlar saat 16:15 və 18:05-də olacaq.
Xatırladaq ki, Dünya Qadın Seriyasının Bakı mərhələsi iyulun 19-da başa çatacaq.