top
Xavidən “Barselona”ya Levandovski HESABATI: “Derhal göndərin” Lent.az
04 iyun 2024, 17:53
- +

Xavidən “Barselona”ya Levandovski HESABATI: “Derhal göndərin”

İspaniya La Liqa komandalarından biri olan "Barselona"nın keçmiş baş məşqçisi Xavi Hernandesin Kataloniya komandasını tərk etməzdən əvvəl təqdim etdiyi hesabatda Robert Levandovski bölmələri gündəmə gəlib.  

Lent.az xarici mediaya istinadən bildirir ki, ispaniya mərkəzli "Cadena Ser"in xəbərinə görə, "Barselona"dan ayrılan baş məşqçi Xavi Hernandes ayrılmadan əvvəl prezident Joan Laportaya komanda haqqında hesabat təqdim edib. Hesabatın ən diqqətçəkən yerləri Robert Levandovski ilə bağlı hissələr olub və bu hissələr mətbuatda da öz əksini tapıb. 

Xavi Hernandes Robert Levandovskinin kifayət qədər hücum presi göstərə bilmədiyini, rəqiblərə təzyiq etmədiyini və gözlədikləri performansdan aşağı olduğunu bildirib. O, soyunub-geyinmə otağında komanda yoldaşları ilə problem yaşayan Levandovskinin ayrılmasının ən yaxşı qərar olacağını bildirib.

Klubun builki maliyyə feyr-pley hesablarında Robert Levandovskinin 32 milyon avro maaşı və əvvəldən qalan 11 milyon avro əlavə borcu olduğu ortaya çıxıb.

2022-ci ilin yayında 45 milyon avroya "Bavariya"dan "Barselona"ya transfer olunan 35 yaşlı polşalı hücumçu ötən mövsüm 49 oyunda 26 qol vurub, 9 məhsuldar ötürmə edib.

Rəylər (0)

Son xəbərlər

Digər
Bu gün, 02:41

Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO

Digər
Bu gün, 01:26

Paris-2024-ün açılış mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Futbol
Bu gün, 00:38

Macar futbolçu: "Sanki qol bizi silkələdi"

Basketbol
Dünən, 23:06

Rassell Uestbruk "Denver"də

Futbol
Dünən, 22:43

"Turan Tovuz" Vətənə dönür

Futbol
Dünən, 22:26

Cəlalın komandasına 1 qol bəs edib

Futbol
Dünən, 22:15

Türkiyə mətbuatının iddiası: "Qarabağ"ın futbolçusu paytaxt klubuna keçir

Digər
Dünən, 21:58

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO

Digər
Dünən, 21:50

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir

Digər
Dünən, 21:49

Azərbaycan Paris-2024-ün idmançılar paradından keçib

Digər
Dünən, 21:46

Paris-2024-ün açılış mərasimi start götürüb

Futbol
Dünən, 21:45

"Zaqatala"dan ayrıldı, Belarusun yüksək liqa komandası ilə anlaşdı

Digər
Dünən, 21:38

Yağış və Olimpiya açılış mərasiminin sirləri

Futbol
Dünən, 21:28

"Kəpəz" sonuncu yoxlama görüşündə böyük hesabla qalib gəldi

Digər
Dünən, 21:14

Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

Futbol
Dünən, 21:00

Polşa qitə çempionatını qəbul etmək üçün UEFA-ya müraciət edib

Digər
Dünən, 20:45

Azərbaycan yığması açılış mərasiminə doğru

Cüdo
Dünən, 20:43

Cüdoçularımız Avropa kubokunda

Futbol
Dünən, 20:24

"Qalatasaray"ın futbolçusu Rusiyaya yollandı

Futbol
Dünən, 20:16

"Real"la Alfonso arasındakı razılıq

Digər
Dünən, 19:48

Paris-2024: 11 milyardlıq Olimpiada

Futbol
Dünən, 19:45

"Kəpəz"in aşağı yaş qruplarını "Babir" geyindirəcək

Futbol
Dünən, 19:35

"Şamaxı" son yoxlama oyununu da qələbə ilə başa vurdu

Futbol
Dünən, 19:23

"Şamaxı" Küveyt klubuna qalib gəlib

Oxşar xəbərlər