Küçədə futbol oynamağın onu necə təkmilləşdirdiyini izah edən Lamine Yamal, bu təcrübələrin onun qorxularına necə qalib gəldiyini bölüşüb.
Lent.az xarici mediaya istinadən məlumat verir ki, "Barselona"nın gənc istedadı Lamine Yamal uşaqlığı ilə bağlı maraqlı xatirəsini danışıb:
"Əvvəllər itlərə qarşı oynayırdım, həmişə onlarla qaçırdım. İtlə oynamaq ən çətin şeydir".
Küçədə təkbətək oyunlar oynamağın ona cəsarət verdiyini ifadə edən Yamal deyib: "Bu, məndən böyük insanlara qarşı oynamaq qorxumu yox etdi".