top
WADA nümayəndələri Bakıda 2026-cı il Simpoziumuna hazırlıq işləri ilə tanış olublar Sport24.az
26 oktyabr 2025, 15:00
- +

WADA nümayəndələri Bakıda 2026-cı il Simpoziumuna hazırlıq işləri ilə tanış olublar

Bu həftə Ümumdünya Antidopinq Agentliyinin (WADA) nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Sport24.az AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, səfərin məqsədi 2026-cı il martın 18-19-da WADA-nın Bakıda keçiriləcək Avropa üzrə Regional Simpoziuma hazırlıq işləri ilə tanışlıq xarakteri daşıyıb.

 

Simpozium Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə baş tutacaq.

 

WADA 2026-cı ildə dörd Regional Simpozium keçirəcək və Avropa üzrə tədbir məhz Bakıda reallaşacaq. Bu simpoziumlar 2027-ci il Ümumdünya Antidopinq Məcəlləsinin və Beynəlxalq Standartların tətbiqinə hazırlıq mərhələsində regional tərəfdaşların ehtiyac və çağırışlarını nəzərə almaq məqsədilə təşkil olunacaq. Yeni Məcəllə və standartlar 2025-ci ilin dekabr ayında Koreya Respublikasının Busan şəhərində keçiriləcək İdmanda Dopinqlə Mübarizə üzrə Ümumdünya Konfransında təsdiqlənəcək və 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

 

WADA-nın nümayəndə heyətində ali antidopinq qurumunun Avropa ofisinin və İdman hərəkatı ilə əlaqələr departamentinin direktoru Sebastien Gillot və Tədbirlərin idarə olunması üzrə menecer Riziero Pisani yer alıblar. Nümayəndə heyəti Bakıda simpoziumun keçiriləcəyi məkan və digər infrastruktur obyektlərinə baxış keçirib.

 

Sebastien Gillot hazırlıq işlərinin yüksək səviyyədə və razılaşdırılmış plana uyğun şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 2026-cı ildə Avropa üzrə Regional Simpoziumun Bakıda keçirilməsi həm WADA, həm də Azərbaycan idman ictimaiyyəti üçün əlamətdar hadisə olacaq.

 

Riziero Pisani qeyd edib ki, simpoziumun AMADA-nın fəaliyyətinin 10 illiyi ərəfəsində keçirilməsi Agentliyin WADA ilə uzunmüddətli əməkdaşlığını və regionda antidopinq təşəbbüslərinin gücləndirilməsinə sadiqliyini nümayiş etdirir. Nümayəndə heyəti AMADA-nın simpoziumun təşkilindəki rolunu yüksək qiymətləndirib, Azərbaycanın beynəlxalq miqyaslı tədbirləri peşəkar və mükəmməl şəkildə təşkil etmək bacarığını xüsusilə vurğulayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 22:56

Qarabağ Konfrans Liqasında „Tvente“ ilə qarşılaşır

Qarabağ FK
Bu gün, 22:49

Qurban Qurbanov: „Bakıda "Dinamo Kiyev"ə azarkeşlik edənlər çoxdur"

Qarabağ FK
Bu gün, 22:34

İqor Kostyuk: „Bəxtimiz gətirmədi, fürsətlərdən istifadə edə bilmədik”

Futbol
Bu gün, 22:19

Zion Suzukinin “Yuventus”a transferi

Futbol
Bu gün, 21:40

Tomas Zanetti “İnter” ilə peşəkar müqavilə imzalayıb

Futbol
Bu gün, 21:26

Abdul Uattara “İpsviç”ə keçəcək

Futbol
Bu gün, 21:25

Abdul Uattara “İpsviç”ə keçir

Futbol
Bu gün, 21:23

Abdul Uattara “İpsviç”ə keçir

Futbol
Bu gün, 21:07

„Sumqayıt“ futbolcusu Ronaldo Vaskezlə müqavilənin müddətini uzadıb

Futbol
Bu gün, 20:49

İrlandiya Futbol Assosiasiyası İnfantinonun namizədliyini dəstəkləməkdən imtina edib

Basketbol
Bu gün, 20:32

Tahir Baxşıyev NTD ilə müqaviləsini uzadıb

Boks
Bu gün, 20:15

İslam Mahaçev Konor Makqreqorla boks döyüşünə hazırdır

Formula 1
Bu gün, 19:57

Maks Ferstappenə “Red Bull” tərəfindən 5 illik müqavilə təklifi

Futbol
Bu gün, 19:24

Barselona Alvaresə alternativ olaraq Tresoldini nəzərdən keçirir

Futbol
Bu gün, 19:07

La Liqanın 1-ci turunda “Selta” ilə “Osasuna”nın oyunu təxirə salınıb

Futbol
Bu gün, 18:50

AFFA tərəfindən "Futbolda istedadların aşkarlanması" mövzusunda vebinar keçirilib

Digər
Bu gün, 18:21

Kanadalı hokkeyçi həyat yoldaşının dəstəyinə görə karyerasını davam etdirib

Futbol
Bu gün, 18:20

Davide Frattezi “Latsio”ya transfer olundu

Digər
Bu gün, 18:07

Erlinq Holandın təsviri olan kokain bağlamaları müsadirə edilib

Futbol
Bu gün, 18:02

Qalatasaray „Arsenal“ın hücumçusu üçün 45 milyon avro təklif etdi

Basketbol
Bu gün, 17:51

Azərbaycan millisinin basketbolçusu “LANDAU Lions”a keçdi

Futbol
Bu gün, 17:43

„Barselona“ Mark Bernalı əldən buraxmaq istəmir

Güləş
Bu gün, 17:28

Bakıda U17 çimərlik güləşi dünya çempionatı və Dünya Seriyasının IV mərhələsi keçiriləcək

Qarabağ FK
Bu gün, 17:14

Oleq Kuznetsov „Qarabağ“ haqqında fikirlərini bölüşüb

Oxşar xəbərlər