top
Tahir Baxşıyev: Qarşıya qoyulan minimum məqsədə çatdıq Report.az
29 aprel 2024, 13:05
- +

Tahir Baxşıyev: Qarşıya qoyulan minimum məqsədə çatdıq

Qarşıya qoyulan minimum məqsədə çatdıq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasında çıxış edən "NTD-Indiqo"nun baş məşqçisi Tahir Baxşıyev müntəzəm mövsümün yekunları ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis pley-off mərhələsi barədə də danışıb: "İkinci yerdən birbaşa yarımfinala çıxdıq. Bu, bizə üstünlük verir. Ancaq digər tərəfdən, oyun praktikası baxımından geri qalacağıq. 1/4 finaldan yarımfinala vəsiqə qazananlar tonusda olacaqlar. Amma yorğun da ola bilərlər".

Baxşıyev mövsümdən razı qaldığını söyləyib: "Enişlər var idi, amma üzərimizdə işləyirik. Pley-offa çıxmaq vacib idi. Biz bunu bacardıq. Oyunçular hər matçda əllərindən gələni edirlər. Səhvləri təhlil edirik. Ancaq deyə bilmərəm ki, hər şey 100 faiz alınır. Elə matçlar var idi ki, çox yaxşı oynayırdıq. Ancaq bəzi məqamlar da heç nə alınmırdı. İdmanda belə hallar olur".

Baş məşqçi komandasının pley-offa hazır olduğunu vurğulayıb: "Əhvali-ruhiyyə yüksək səviyyədədir. Çempionluğu qazanmaq üçün əlimizdən gələni edəcəyik. Mənim üçün yarımfinalda kiminlə oynamağımızın heç bir fərqi yoxdur. Məqsəd çempionluqdur. Buna görə həm yarımfinalda, həm də finalda qalib gəlmək lazımdır. Məsələn, kubokda favorit sayılan "Sabah"ı məğlub etdik. Yaxşı oyun sərgilədik. Ancaq sonra "Xəzri"yə məğlub olduq. O oyunda heç nə edə bilmədik. Pley-off matçlarında isə bir çox amillər vacibdir. Əsas odur ki, zədələnən olmasın. Psixologiya da böyük rol oynayır. Çempion olacağımıza zəmanət verə bilmərəm. Ancaq bir məqsədimiz var-çempionluq. Bunun üçün əlimizdən gələni edəcəyik. Əminəm ki, hər bir oyunçu belə düşünür. Ancaq pley-offa çıxan bütün komandalar bunu istəyir".

Rəylər (0)

Son xəbərlər

Digər
Bu gün, 02:41

Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO

Digər
Bu gün, 01:26

Paris-2024-ün açılış mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Futbol
Bu gün, 00:38

Macar futbolçu: "Sanki qol bizi silkələdi"

Basketbol
Dünən, 23:06

Rassell Uestbruk "Denver"də

Futbol
Dünən, 22:43

"Turan Tovuz" Vətənə dönür

Futbol
Dünən, 22:26

Cəlalın komandasına 1 qol bəs edib

Futbol
Dünən, 22:15

Türkiyə mətbuatının iddiası: "Qarabağ"ın futbolçusu paytaxt klubuna keçir

Digər
Dünən, 21:58

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO

Digər
Dünən, 21:50

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir

Digər
Dünən, 21:49

Azərbaycan Paris-2024-ün idmançılar paradından keçib

Digər
Dünən, 21:46

Paris-2024-ün açılış mərasimi start götürüb

Futbol
Dünən, 21:45

"Zaqatala"dan ayrıldı, Belarusun yüksək liqa komandası ilə anlaşdı

Digər
Dünən, 21:38

Yağış və Olimpiya açılış mərasiminin sirləri

Futbol
Dünən, 21:28

"Kəpəz" sonuncu yoxlama görüşündə böyük hesabla qalib gəldi

Digər
Dünən, 21:14

Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

Futbol
Dünən, 21:00

Polşa qitə çempionatını qəbul etmək üçün UEFA-ya müraciət edib

Digər
Dünən, 20:45

Azərbaycan yığması açılış mərasiminə doğru

Cüdo
Dünən, 20:43

Cüdoçularımız Avropa kubokunda

Futbol
Dünən, 20:24

"Qalatasaray"ın futbolçusu Rusiyaya yollandı

Futbol
Dünən, 20:16

"Real"la Alfonso arasındakı razılıq

Digər
Dünən, 19:48

Paris-2024: 11 milyardlıq Olimpiada

Futbol
Dünən, 19:45

"Kəpəz"in aşağı yaş qruplarını "Babir" geyindirəcək

Futbol
Dünən, 19:35

"Şamaxı" son yoxlama oyununu da qələbə ilə başa vurdu

Futbol
Dünən, 19:23

"Şamaxı" Küveyt klubuna qalib gəlib

Oxşar xəbərlər