top
Sima Səfərova Akonkaquaya dırmanışından danışdı: Zirvədə Azərbaycan bayrağını dalğalandırmaq qürurvericidir Idman.biz
27 yanvar 2026, 12:22
- +

Sima Səfərova Akonkaquaya dırmanışından danışdı: Zirvədə Azərbaycan bayrağını dalğalandırmaq qürurvericidir

"Yol boyu ağır vəziyyətdə olan bir alpinistə ilk tibbi yardım göstərməyə çalışdım və bu zaman xilasedici kimi bilik və bacarıqlarım çox kömək etdi".

Bunu Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya (6962 metr) texniki dırmanış edən Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Maraqlıdır, Akonkaqua zirvəsinə qalxmaq ideyası necə yarandı?

- Mən artıq 15 ildir alpinizmlə məşğulam. Alpinizmdə "7 qitənin ən yüksək zirvələri" anlayışı var və Akonkaqua da həmin siyahıya daxildir. Bu səbəbdən illərdir bu zirvə planlarım arasında yer alırdı.

- Bu dırmanışa nə qədər vaxt hazırlaşdınız?

- Mən il boyu – 12 ay ərzində idmanla məşğul oluram. Üzgüçülük, qaçış və dırmanma ilə məşğulam. Bu, artıq mənim həyat tərzimdir.

- Yol boyu ən çətin anlar hansılar oldu?

- Bu zirvənin ən çətin tərəfi mənim üçün "deadline"ın olması idi. Çünki indiyə qədər çıxdığım zirvələrdə müəyyən saatdan sonra zirvəyə qalxmağa icazə verilməməsi kimi məhdudiyyət olmayıb. Çata bilməyəcəyimiz anlar oldu, amma şükürlər olsun ki, vaxtında zirvəyə çatdıq.

- Akonkaquanın hava və dağ şəraiti sizi nə ilə təəccübləndirdi?

- Bu dağda hündürlüyün təsiri əvvəl gördüyüm zirvələrdən tamamilə fərqli idi. Digər dağlarda hündürlüyə uyğunlaşma bir gün ərzində mümkün olurdusa, burada bu proses daha çətin və uzun çəkirdi.

- Zirvəyə çatdığınız an nə hiss etdiniz?

- Daxilimdə böyük sevinc və qürur hissi var idi. Biz bunu bacardıq və Azərbaycan Bayrağını zirvədə dalğalandırdıq. Bu, bizim üçün ən böyük fəxarət və əsas missiyadır.

- FHN xilasedicisi kimi qazandığınız təcrübə bu dırmanışda sizə necə kömək etdi?

- Yol boyu ağır vəziyyətdə olan bir alpinistə ilk tibbi yardım göstərməyə çalışdım və bu zaman xilasedici kimi bilik və bacarıqlarım çox kömək etdi. Təəssüf ki, bütün səylərimizə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmadı. Mən və digər alpinist yoldaşlarımız əlimizdən gələni etdik, lakin dağ artıq öz hökmünü vermişdi.

- Ekspedisiya zamanı təhlükəli vəziyyətlər oldumu?

- Hava şəraiti olduqca sərt idi. Ən təhlükəli anlar gecə yola çıxdığımız vaxtlar idi. Həmin anlarda əllərimizin donma riski çox yüksək idi.

- Qadın alpinist kimi bu uğuru necə dəyərləndirirsiniz?

- Azərbaycan qadını olaraq dağlara qalxmaq və bayrağımızı zirvədə dalğalandırmaq ikiqat məsuliyyət tələb edir. Çünki qadın olaraq hər hansı sahədə uğur qazanmaq kişilərlə müqayisədə daha çox mübarizə və enerji tələb edir.

- Bu sahəyə maraq göstərən gənclərə nə məsləhət görərdiniz?

- Hər zaman idmanla məşğul olsunlar və idmanı həyat tərzinə çevirsinlər. İstənilən sahədə uğur qazanmaq üçün əvvəlcə zəhmət çəkmək lazımdır ki, sonradan onun bəhrəsini görmək mümkün olsun.

- Qarşıda yeni zirvələr və ya ekspedisiyalar planlaşdırırsınızmı?

- Əlbəttə, planlar çoxdur. Sadəcə bu, müəyyən qədər maliyyə məsələlərindən asılıdır. Bu tərəfi yoluna qoyduqdan sonra yeni zirvələr mütləq olacaq.

- Bu uğurda kimlərin dəstəyini xüsusi qeyd etmək istərdiniz?

- İlk növbədə, ailəmin dəstəyini qeyd etmək istəyirəm. Onlar hər zaman mənə inanıb və mənəvi dəstək olublar. Daha sonra isə bu yolda birlikdə addımladığım dostlarımın dəstəyi danılmazdır. Bu zirvənin öhdəsindən birlikdə gəldik.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:20

UEFA "Lilli" "Janna d'Ark" bannerinə görə cərimələdi

Voleybol
Bu gün, 11:13

Kişi Voleybolçular arasında Yüksək Liqada Müntəzəm Mövsümün Son Günü

Futbol
Bu gün, 11:11

Azərbaycan - Syerra Leone matçını Özbəkistan hakimləri idarə edəcək

Futbol
Bu gün, 11:00

"Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli komandada qalmaq məsələsinə aydınlıq gətirdi

Futbol
Bu gün, 10:58

Mirça Luçesku Türkiyə oyununa görə əsəbləşərək huşunu itirdiyini açıqlayıb

Basketbol
Bu gün, 10:43

"Neftçi" - NTD matçı bu gün Bakı İdman Sarayında baş tutacaq

Basketbol
Bu gün, 10:40

ABL: "Neftçi" - NTD oyunu bu gün baş tutacaq

Voleybol
Bu gün, 10:40

Kişi Voleybolçular arasında Azərbaycan Yüksək Liqasında Müntəzəm Mövsümün Son Günü: Oyunlar Bu Gün Keçiriləcək

Digər
Bu gün, 10:29

Sardiniyada paraşütçü faciəsi: Təcrübəli idmançı yeni avadanlığın sınağı zamanı həlak oldu

Futbol
Bu gün, 10:20

"Arsenal"ın 11 oyunçusu zədə səbəbindən sıradan çıxıb

Futbol
Bu gün, 10:15

UEFA "Lill"i Janna Dark bannerinə görə cərimələdi

Basketbol
Bu gün, 10:01

"Neftçi" NTD ilə qarşılaşır: Azərbaycan Basketbol Liqasının XX turu

Futbol
Bu gün, 10:00

U-17 millisi Malta ilə qarşılaşacaq

Digər
Bu gün, 09:54

Azərbaycan gənclərdən ibarət velosiped komandası Qazaxıstan Kubokunda iştirak edib

Futbol
Bu gün, 09:42

"Mançester Yunayted" Sandro Tonali ilə maraqlanır

Futbol
Bu gün, 09:40

Kurtua "Bavariya" ilə oyunu buraxa bilər, zədə daha ciddidir

Futbol
Bu gün, 09:39

Azərbaycan U-17 millisi Malta ilə qarşılaşır

Futbol
Bu gün, 09:30

Azərbaycan U-17 millisi bu gün Malta ilə qarşılaşır

Futbol
Bu gün, 09:25

Azərbaycan millisi "FIFA Series - 2026" çərçivəsində Syerra Leone ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Mirça Luçesku Türkiyə oyununa görə huşunu itirib

Formula 1
Bu gün, 09:13

Corc Rassellin "Mersedes"dəki uğursuzluqları: Texniki problemlər və çempionatdakı itki

Futbol
Bu gün, 09:00

"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyunu

Futbol
Bu gün, 09:00

Azərbaycan millisi "FIFA Series – 2026"da bu gün Syerra Leone ilə qarşılaşacaq

Futbol
Bu gün, 08:51

"Mançester Yunayted"in Tonali ilə bağlı ilkin danışıqları uğursuz olub

Oxşar xəbərlər