top
Sima Səfərova Akonkaquada: Xilasedici təcrübəsi, çətinliklər və yeni zirvələr haqqında Idman.biz
Dünən, 12:22
- +

Sima Səfərova Akonkaquada: Xilasedici təcrübəsi, çətinliklər və yeni zirvələr haqqında

"Yol boyu ağır vəziyyətdə olan bir alpinistə ilk tibbi yardım göstərməyə çalışdım və bu zaman xilasedici kimi bilik və bacarıqlarım çox kömək etdi".

Bunu Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya (6962 metr) texniki dırmanış edən Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Maraqlıdır, Akonkaqua zirvəsinə qalxmaq ideyası necə yarandı?

- Mən artıq 15 ildir alpinizmlə məşğulam. Alpinizmdə "7 qitənin ən yüksək zirvələri" anlayışı var və Akonkaqua da həmin siyahıya daxildir. Bu səbəbdən illərdir bu zirvə planlarım arasında yer alırdı.

- Bu dırmanışa nə qədər vaxt hazırlaşdınız?

- Mən il boyu – 12 ay ərzində idmanla məşğul oluram. Üzgüçülük, qaçış və dırmanma ilə məşğulam. Bu, artıq mənim həyat tərzimdir.

- Yol boyu ən çətin anlar hansılar oldu?

- Bu zirvənin ən çətin tərəfi mənim üçün "deadline"ın olması idi. Çünki indiyə qədər çıxdığım zirvələrdə müəyyən saatdan sonra zirvəyə qalxmağa icazə verilməməsi kimi məhdudiyyət olmayıb. Çata bilməyəcəyimiz anlar oldu, amma şükürlər olsun ki, vaxtında zirvəyə çatdıq.

- Akonkaquanın hava və dağ şəraiti sizi nə ilə təəccübləndirdi?

- Bu dağda hündürlüyün təsiri əvvəl gördüyüm zirvələrdən tamamilə fərqli idi. Digər dağlarda hündürlüyə uyğunlaşma bir gün ərzində mümkün olurdusa, burada bu proses daha çətin və uzun çəkirdi.

- Zirvəyə çatdığınız an nə hiss etdiniz?

- Daxilimdə böyük sevinc və qürur hissi var idi. Biz bunu bacardıq və Azərbaycan Bayrağını zirvədə dalğalandırdıq. Bu, bizim üçün ən böyük fəxarət və əsas missiyadır.

- FHN xilasedicisi kimi qazandığınız təcrübə bu dırmanışda sizə necə kömək etdi?

- Yol boyu ağır vəziyyətdə olan bir alpinistə ilk tibbi yardım göstərməyə çalışdım və bu zaman xilasedici kimi bilik və bacarıqlarım çox kömək etdi. Təəssüf ki, bütün səylərimizə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmadı. Mən və digər alpinist yoldaşlarımız əlimizdən gələni etdik, lakin dağ artıq öz hökmünü vermişdi.

- Ekspedisiya zamanı təhlükəli vəziyyətlər oldumu?

- Hava şəraiti olduqca sərt idi. Ən təhlükəli anlar gecə yola çıxdığımız vaxtlar idi. Həmin anlarda əllərimizin donma riski çox yüksək idi.

- Qadın alpinist kimi bu uğuru necə dəyərləndirirsiniz?

- Azərbaycan qadını olaraq dağlara qalxmaq və bayrağımızı zirvədə dalğalandırmaq ikiqat məsuliyyət tələb edir. Çünki qadın olaraq hər hansı sahədə uğur qazanmaq kişilərlə müqayisədə daha çox mübarizə və enerji tələb edir.

- Bu sahəyə maraq göstərən gənclərə nə məsləhət görərdiniz?

- Hər zaman idmanla məşğul olsunlar və idmanı həyat tərzinə çevirsinlər. İstənilən sahədə uğur qazanmaq üçün əvvəlcə zəhmət çəkmək lazımdır ki, sonradan onun bəhrəsini görmək mümkün olsun.

- Qarşıda yeni zirvələr və ya ekspedisiyalar planlaşdırırsınızmı?

- Əlbəttə, planlar çoxdur. Sadəcə bu, müəyyən qədər maliyyə məsələlərindən asılıdır. Bu tərəfi yoluna qoyduqdan sonra yeni zirvələr mütləq olacaq.

- Bu uğurda kimlərin dəstəyini xüsusi qeyd etmək istərdiniz?

- İlk növbədə, ailəmin dəstəyini qeyd etmək istəyirəm. Onlar hər zaman mənə inanıb və mənəvi dəstək olublar. Daha sonra isə bu yolda birlikdə addımladığım dostlarımın dəstəyi danılmazdır. Bu zirvənin öhdəsindən birlikdə gəldik.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:08

"Qarabağ" bu gün Çempionlar Liqasında "Liverpul"la qarşılaşır

Futbol
Bu gün, 09:00

"Qarabağ" səfərdə "Liverpul"la qarşılaşır: Oyun öncəsi

Futbol
Bu gün, 08:40

"Yuventus" Frank Kessiyə təklif göndərib

Futbol
Bu gün, 08:20

Yurgen Klopp Almaniyada U-21 futbol liqası yaratmaq planı üzərində işləyir

Futbol
Bu gün, 08:15

Albert Riera "Ayntraxt Frankfurt"un baş məşqçisi ola bilər

Futbol
Bu gün, 07:09

"Mançester Yunayted" İlimane Ndiayeni Transfer Etmək İstəyir

Formula 1
Bu gün, 06:05

"Aston Martin" 2026 üçün ehtiyat pilotlarını elan etdi

Boks
Bu gün, 05:11

İliya Topuriya Madriddəki lüks villasını satışa çıxarıb

Basketbol
Bu gün, 04:12

Allen Ayversonun Avstraliyada xərçəng xəstəsi uşaqlarla görüşdən imtinası

Futbol
Bu gün, 03:14

"Çelsi" Duqlas Luisin transferindən imtina etdi

Futbol
Bu gün, 02:11

"Komo" "Fiorentina" üzərində qələbə qazanaraq İtaliya Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 02:06

Bundesliqa: "Sankt-Pauli" - "RB Leypsiq" heç-heçəsi və "Hoffenhaym"ın qələbəsi

Boks
Bu gün, 01:50

Anatoli Malıxin Rafael Fiziyevə dəstək oldu: "Rafa qalib gələcək"

Futbol
Bu gün, 01:31

Konte Dieqo Kostanın "əsəbi tip" ittihamına cavab verdi: "Axmaq adamlar var"

Boks
Bu gün, 01:12

Adesanya Ağ Evdə döyüşmək istəyir, amma siyasətçilər üçün yox

Futbol
Bu gün, 00:52

Mourinyo Arbeloanın "Real Madrid"in baş məşqçisi təyin olunması ilə bağlı danışıb

Digər
Bu gün, 00:34

Bakıda "JGBJJ Academy Azerbaijan" ciu-citsu zalı açılıb

Digər
Bu gün, 00:19

Test

Futbol
Bu gün, 00:15

"Qarabağ"ın "Enfild Roud"dakı məşqi və "Liverpul" ilə qarşılaşmağa hazırlığı

Futbol
Dünən, 23:59

Marko Yankoviçin "Liverpul"la matçdan gözləntiləri: Uğurlu nəticəyə ümid

Futbol
Dünən, 23:44

"Şəfa" FK futbolçuları üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib

Futbol
Dünən, 23:39

Onana "Mançester Yunayted"i tərk edə bilər, "İnter"ə qayıdış variantı müzakirə edilir

Futbol
Dünən, 23:23

Qurban Qurbanov "Liverpul" matçı öncəsi komandasının yaxşı oyun sərgiləyəcəyinə ümid edir

Futbol
Dünən, 23:17

Marko Yankoviç "Liverpul" matçı barədə: "Uğurlu nəticəyə ümid edirik"

Oxşar xəbərlər