top
Sima Səfərova Akonkaquada: Xilasedici bacarıqlarım alpinistə kömək etdi - MÜSAHİBƏ Idman.biz
27 yanvar 2026, 12:22
- +

Sima Səfərova Akonkaquada: Xilasedici bacarıqlarım alpinistə kömək etdi - MÜSAHİBƏ

"Yol boyu ağır vəziyyətdə olan bir alpinistə ilk tibbi yardım göstərməyə çalışdım və bu zaman xilasedici kimi bilik və bacarıqlarım çox kömək etdi".

Bunu Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya (6962 metr) texniki dırmanış edən Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Maraqlıdır, Akonkaqua zirvəsinə qalxmaq ideyası necə yarandı?

- Mən artıq 15 ildir alpinizmlə məşğulam. Alpinizmdə "7 qitənin ən yüksək zirvələri" anlayışı var və Akonkaqua da həmin siyahıya daxildir. Bu səbəbdən illərdir bu zirvə planlarım arasında yer alırdı.

- Bu dırmanışa nə qədər vaxt hazırlaşdınız?

- Mən il boyu – 12 ay ərzində idmanla məşğul oluram. Üzgüçülük, qaçış və dırmanma ilə məşğulam. Bu, artıq mənim həyat tərzimdir.

- Yol boyu ən çətin anlar hansılar oldu?

- Bu zirvənin ən çətin tərəfi mənim üçün "deadline"ın olması idi. Çünki indiyə qədər çıxdığım zirvələrdə müəyyən saatdan sonra zirvəyə qalxmağa icazə verilməməsi kimi məhdudiyyət olmayıb. Çata bilməyəcəyimiz anlar oldu, amma şükürlər olsun ki, vaxtında zirvəyə çatdıq.

- Akonkaquanın hava və dağ şəraiti sizi nə ilə təəccübləndirdi?

- Bu dağda hündürlüyün təsiri əvvəl gördüyüm zirvələrdən tamamilə fərqli idi. Digər dağlarda hündürlüyə uyğunlaşma bir gün ərzində mümkün olurdusa, burada bu proses daha çətin və uzun çəkirdi.

- Zirvəyə çatdığınız an nə hiss etdiniz?

- Daxilimdə böyük sevinc və qürur hissi var idi. Biz bunu bacardıq və Azərbaycan Bayrağını zirvədə dalğalandırdıq. Bu, bizim üçün ən böyük fəxarət və əsas missiyadır.

- FHN xilasedicisi kimi qazandığınız təcrübə bu dırmanışda sizə necə kömək etdi?

- Yol boyu ağır vəziyyətdə olan bir alpinistə ilk tibbi yardım göstərməyə çalışdım və bu zaman xilasedici kimi bilik və bacarıqlarım çox kömək etdi. Təəssüf ki, bütün səylərimizə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmadı. Mən və digər alpinist yoldaşlarımız əlimizdən gələni etdik, lakin dağ artıq öz hökmünü vermişdi.

- Ekspedisiya zamanı təhlükəli vəziyyətlər oldumu?

- Hava şəraiti olduqca sərt idi. Ən təhlükəli anlar gecə yola çıxdığımız vaxtlar idi. Həmin anlarda əllərimizin donma riski çox yüksək idi.

- Qadın alpinist kimi bu uğuru necə dəyərləndirirsiniz?

- Azərbaycan qadını olaraq dağlara qalxmaq və bayrağımızı zirvədə dalğalandırmaq ikiqat məsuliyyət tələb edir. Çünki qadın olaraq hər hansı sahədə uğur qazanmaq kişilərlə müqayisədə daha çox mübarizə və enerji tələb edir.

- Bu sahəyə maraq göstərən gənclərə nə məsləhət görərdiniz?

- Hər zaman idmanla məşğul olsunlar və idmanı həyat tərzinə çevirsinlər. İstənilən sahədə uğur qazanmaq üçün əvvəlcə zəhmət çəkmək lazımdır ki, sonradan onun bəhrəsini görmək mümkün olsun.

- Qarşıda yeni zirvələr və ya ekspedisiyalar planlaşdırırsınızmı?

- Əlbəttə, planlar çoxdur. Sadəcə bu, müəyyən qədər maliyyə məsələlərindən asılıdır. Bu tərəfi yoluna qoyduqdan sonra yeni zirvələr mütləq olacaq.

- Bu uğurda kimlərin dəstəyini xüsusi qeyd etmək istərdiniz?

- İlk növbədə, ailəmin dəstəyini qeyd etmək istəyirəm. Onlar hər zaman mənə inanıb və mənəvi dəstək olublar. Daha sonra isə bu yolda birlikdə addımladığım dostlarımın dəstəyi danılmazdır. Bu zirvənin öhdəsindən birlikdə gəldik.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:44

UEFA Millətlər Liqasında C və D Divizionlarına Yüksələcək Komandalar Bəlli Olur: Cavab Oyunları Bu Gün

Futbol
Bu gün, 09:40

DÇ-2026: Avropa Pley-off Oyunları - Kosovo-Türkiyə və Digər Qarşılaşmalar

Basketbol
Bu gün, 09:34

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşır: "Sabah" - "Abşeron Lions" oyunu ilə

Futbol
Bu gün, 09:32

Dieqo Simeone nəvəsi ilə fotolarını sosial şəbəkədə paylaşdı

Futbol
Bu gün, 09:23

"Qızıl Top"lu Fiqo hər gün şərab içdiyini etiraf etdi

Futbol
Bu gün, 09:21

DÇ-2026: Avropa zonasında pley-off mərhələsinin final oyunları keçiriləcək

Futbol
Bu gün, 09:20

Azərbaycan U-21 millisi Bolqarıstanla Avropa çempionatının seçmə oyununda qarşılaşacaq

Futbol
Bu gün, 09:20

"Liverpul" və "Nyukasl" Luis Suareslə maraqlanır

Futbol
Bu gün, 09:08

Harri Maquayr "Mançester Yunayted"lə müqaviləsini uzadacaq

Futbol
Bu gün, 09:00

Aydın Bayramov: "Rəqib söyüş söydü"

Futbol
Bu gün, 09:00

Azərbaycan U-21 millisi Bolqarıstanla Avropa çempionatının seçmə oyununda qarşılaşacaq

Futbol
Bu gün, 08:40

Joao Feliks "Çelsi"dən niyə ayrıldığını izah etdi

Futbol
Bu gün, 08:20

"Arsenal"ın müdafiəçisi Kalafiori "İnter"ə keçə bilər

Futbol
Bu gün, 08:17

"Bavariya" Salahla bağlı şayiələri təkzib etdi

Futbol
Bu gün, 08:00

Elvin Cəfərquliyev: Syerra Leone oyunu bu qədər çətin olacağını gözləmirdik

Futbol
Bu gün, 07:15

De la Fuente Yamalın inkişafı haqqında danışdı: "Hələ ən yaxşı deyil"

Boks
Bu gün, 06:13

Co Roqan Konor Makqreqorun UFC-yə qayıdışına istehza edib

Futbol
Bu gün, 05:04

Mark Kukurelya "Barselona"ya qayıtmaq ehtimalını dəyərləndirir

Futbol
Bu gün, 04:10

İtalyan Əsgərinin Bosniya Milli Komandasının Məşqini Çəkərkən Yaxalanması

Futbol
Bu gün, 03:12

"Real Madrid" üç futbolçunu geri çağırır

Boks
Bu gün, 02:43

Usik və Coşua Şevçenko ilə görüşdü: futbol meydançasında birgə oyun mümkündürmü?

Futbol
Bu gün, 02:15

FIFA "FIFA Series – 2026"-ya görə AFFA-ya təşəkkür etdi

Futbol
Bu gün, 02:10

Fərəcullayev: "Bu, yeni yolun başlanğıcıdır, ilk FIFA kubokumuzdur"

Futbol
Bu gün, 02:01

Toral Bayramov: "Bu yarış bizim üçün xeyirli bir turnir oldu"

Oxşar xəbərlər