top
Sima Səfərova: Akonkaqua zirvəsində xilasedici təcrübəsi və Azərbaycan bayrağı qüruru - MÜSAHİBƏ + FOTO Idman.biz
27 yanvar 2026, 12:22
- +

Sima Səfərova: Akonkaqua zirvəsində xilasedici təcrübəsi və Azərbaycan bayrağı qüruru - MÜSAHİBƏ + FOTO

"Yol boyu ağır vəziyyətdə olan bir alpinistə ilk tibbi yardım göstərməyə çalışdım və bu zaman xilasedici kimi bilik və bacarıqlarım çox kömək etdi".

Bunu Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya (6962 metr) texniki dırmanış edən Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Maraqlıdır, Akonkaqua zirvəsinə qalxmaq ideyası necə yarandı?

- Mən artıq 15 ildir alpinizmlə məşğulam. Alpinizmdə "7 qitənin ən yüksək zirvələri" anlayışı var və Akonkaqua da həmin siyahıya daxildir. Bu səbəbdən illərdir bu zirvə planlarım arasında yer alırdı.

- Bu dırmanışa nə qədər vaxt hazırlaşdınız?

- Mən il boyu – 12 ay ərzində idmanla məşğul oluram. Üzgüçülük, qaçış və dırmanma ilə məşğulam. Bu, artıq mənim həyat tərzimdir.

- Yol boyu ən çətin anlar hansılar oldu?

- Bu zirvənin ən çətin tərəfi mənim üçün "deadline"ın olması idi. Çünki indiyə qədər çıxdığım zirvələrdə müəyyən saatdan sonra zirvəyə qalxmağa icazə verilməməsi kimi məhdudiyyət olmayıb. Çata bilməyəcəyimiz anlar oldu, amma şükürlər olsun ki, vaxtında zirvəyə çatdıq.

- Akonkaquanın hava və dağ şəraiti sizi nə ilə təəccübləndirdi?

- Bu dağda hündürlüyün təsiri əvvəl gördüyüm zirvələrdən tamamilə fərqli idi. Digər dağlarda hündürlüyə uyğunlaşma bir gün ərzində mümkün olurdusa, burada bu proses daha çətin və uzun çəkirdi.

- Zirvəyə çatdığınız an nə hiss etdiniz?

- Daxilimdə böyük sevinc və qürur hissi var idi. Biz bunu bacardıq və Azərbaycan Bayrağını zirvədə dalğalandırdıq. Bu, bizim üçün ən böyük fəxarət və əsas missiyadır.

- FHN xilasedicisi kimi qazandığınız təcrübə bu dırmanışda sizə necə kömək etdi?

- Yol boyu ağır vəziyyətdə olan bir alpinistə ilk tibbi yardım göstərməyə çalışdım və bu zaman xilasedici kimi bilik və bacarıqlarım çox kömək etdi. Təəssüf ki, bütün səylərimizə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmadı. Mən və digər alpinist yoldaşlarımız əlimizdən gələni etdik, lakin dağ artıq öz hökmünü vermişdi.

- Ekspedisiya zamanı təhlükəli vəziyyətlər oldumu?

- Hava şəraiti olduqca sərt idi. Ən təhlükəli anlar gecə yola çıxdığımız vaxtlar idi. Həmin anlarda əllərimizin donma riski çox yüksək idi.

- Qadın alpinist kimi bu uğuru necə dəyərləndirirsiniz?

- Azərbaycan qadını olaraq dağlara qalxmaq və bayrağımızı zirvədə dalğalandırmaq ikiqat məsuliyyət tələb edir. Çünki qadın olaraq hər hansı sahədə uğur qazanmaq kişilərlə müqayisədə daha çox mübarizə və enerji tələb edir.

- Bu sahəyə maraq göstərən gənclərə nə məsləhət görərdiniz?

- Hər zaman idmanla məşğul olsunlar və idmanı həyat tərzinə çevirsinlər. İstənilən sahədə uğur qazanmaq üçün əvvəlcə zəhmət çəkmək lazımdır ki, sonradan onun bəhrəsini görmək mümkün olsun.

- Qarşıda yeni zirvələr və ya ekspedisiyalar planlaşdırırsınızmı?

- Əlbəttə, planlar çoxdur. Sadəcə bu, müəyyən qədər maliyyə məsələlərindən asılıdır. Bu tərəfi yoluna qoyduqdan sonra yeni zirvələr mütləq olacaq.

- Bu uğurda kimlərin dəstəyini xüsusi qeyd etmək istərdiniz?

- İlk növbədə, ailəmin dəstəyini qeyd etmək istəyirəm. Onlar hər zaman mənə inanıb və mənəvi dəstək olublar. Daha sonra isə bu yolda birlikdə addımladığım dostlarımın dəstəyi danılmazdır. Bu zirvənin öhdəsindən birlikdə gəldik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

Bavariya Joao Palinyanı 25 milyondan ucuz satmayacaq

Futbol
Bu gün, 09:10

Mançester Siti Rodri üçün 82 milyon avro istəyir

Qarabağ FK
Bu gün, 09:00

Qarabağ Dinamo ilə oyunu

Futbol
Bu gün, 08:40

PSJ yaxın günlərdə 3 transferi bitirməyə hazırlaşır

Futbol
Bu gün, 08:20

Qalatasaray Qabriel Martinelli Transferi

Futbol
Bu gün, 08:19

Luis Enrike Avropa kuboklarında liderlik mübarizəsində Ferqyusona çatıb

Futbol
Bu gün, 08:00

Zlatko Daliç BƏƏ millisinin baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 07:11

Pari Sen-Jermen UEFA Superkubokunu qazandı

Digər
Bu gün, 06:17

Unai Emeri UEFA Superkuboku matçlarının hamısından məğlub olub

Futbol
Bu gün, 05:13

Dieqo Maradonanın ölümündən əvvəlki günlər: Həyəcan verici simptomlar

Futbol
Bu gün, 04:07

Xavi Niderland milli komandasının baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 03:12

Çelsi Enso Fernandesin Satılıq Olması Üçün Son Tarix Təyin Edib

Futbol
Bu gün, 02:05

Kristian Romero “Atletiko Madrid”ə keçib

Futbol
Bu gün, 01:51

Brayan Madco UEFA Superkubokunda qol vuran ən gənc oyunçu oldu

Futbol
Bu gün, 01:45

Luis Enrike UEFA Superkubokunu üçüncü dəfə qazanıb

Futbol
Bu gün, 01:33

Arsenal və Komo arasında yoldaşlıq matçında heç-heçə

Futbol
Bu gün, 01:21

Nottingem Forest Bayeri məğlub edib

Futbol
Bu gün, 01:15

Real Madrid Deportivo La Korumasını yoldaşlıq oyununda məğlub edib

Futbol
Bu gün, 01:03

PSJ UEFA Superkubokunu qazandı

Futbol
Bu gün, 00:55

PSJ ardıcıl ikinci dəfə UEFA Superkubokunu qazanıb

Futbol
Bu gün, 00:31

"Barselona"nın oyunçusu uğurla əməliyyatdan keçib

Futbol
Bu gün, 00:22

PSJ - "Aston Villa" matçında hesab dəyişib

Futbol
Bu gün, 00:09

Arsenal yenidən Ezri Konsa ilə maraqlanır

Futbol
Dünən, 23:38

UEFA Konfrans Liqasında “Rapid” və “Kopenhagen” növbəti mərhələyə adlayıblar

Oxşar xəbərlər