"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovunun yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını ölkəsində - Cənubi Afrika Respublikasında davam etdirəcək.
O, bu ölkənin 1-ci liqasında mübarizə aparan "Marmo Qallants" klubuna keçib. Ndlovu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Dino Ndlovu 2016-cı ilin avqust ayından 2018-ci ilin yanvarınadək "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisinin heyətində 54 rəsmi matçda 19 qol vurub və 7 məhsuldar ötürmə edib. Ndlovu "Qarabağ"dan ayrıldıqdan sonra Çinin "Xançjou Qrinatoun", "Çançun Yatay", Türkiyənin "Kocaelispor", "Boluspor" və "Sakaryaspor" klublarında çıxış edib.
Sportnews.az — idman dünyasında baş verən əsas hadisələrə həsr olunmuş aparıcı idman portalıdır. Biz hər gün ən son xəbərləri, oyun nəticələrini, müsahibələri, analizləri və proqnozları təqdim edirik.
Saytımızda siz tapa bilərsiniz:
Futbol: yerli və beynəlxalq liqalar, xüsusi diqqət — "Qarabağ" FK
Tennis, şahmat, gimnastika, voleybol, basketbol
Döyüş növləri: boks, güləş, cüdo
Formula 1 və Olimpiya Oyunları
Eləcə də diqqətəlayiq digər idman növləri
Biz azərbaycanlı idmançıların uğurlarını izləyirik, mühüm turnirləri işıqlandırırıq, yığmaların hazırlığı və fərdi nailiyyətlər barədə məlumat veririk. Bütün materiallar faktlara, ekspert şərhlərinə və keyfiyyətli təqdimata əsaslanır.
Niyə məhz Sportnews.az:
Yalnız aktual və etibarlı xəbərlər
Azərbaycan və dünya idmanının tam əhatəsi
Rahat struktur, müntəzəm yenilənmələr, obyektiv baxış
Əsas idman xəbərlərindən xəbərdar olmaq üçün bizimlə qalın.
Sportnews.az — burada idman ucadan danışır.