"Qarabağ" həndbol komandasında yeni məşqçi təyinatı olub.
İdman.biz xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Uzun illər müxtəlif klublarda çıxış etmiş Sabir Nəzərəliyev bundan sonra təcrübəsini gənclərlə bölüşəcək. Azərbaycan millisinin sabiq üzvü karyerasını məşqçi kimi davam etdirəcək.
Nəzərəliyev yeni mövsümdən "Qarabağ"ın məşqçilər korpusunda yer alacaq.
Xatırladaq ki, Sabir Nəzərəliyevin həndbolçu kimi sonuncu klubu "Bakı" olub.