top
Odlar Yurdu Azərbaycandan Vindzor Kral Atçılıq Şousu - 2025-də möhtəşəm təqdimat - FOTO/VİDEO Idman.biz
16 may 2025, 21:39
- +

"Odlar Yurdu Azərbaycan"dan "Vindzor Kral Atçılıq Şousu - 2025"-də möhtəşəm təqdimat - FOTO/VİDEO

Bu gün Birləşmiş Krallıqda ənənəvi olaraq təşkil edilən "Vindzor Kral Atçılıq Şousu - 2025" start götürüb.

İdman.biz xəbər verir ki, Böyük Britaniyada keçirilən ənənəvi "Vindzor Kral Atçılıq Şousu"nda ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq 130 nəfərlik nümayəndə heyəti ilə təmsil edilir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının məlumatına görə, bu ilin ən möhtəşəm çıxışlarından "Azerbaijan – Land of Fire" şou-kompozisiyasında çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, zərif Azərbaycan rəqsləri, ecazkar milli musiqimiz və 2025-ci il üçün yeni olan orkestrin çıxışları nümayiş etdirilib.

Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və süvarilər dəstəsi 20 Qarabağ atı ilə ölkəmizi növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların böyük rəğbətini qazanıb.

Şou-kompozisiyanın rəhbəri əməkdar artist Gövhər Həsənzadə, quruluşçu rejissoru və xoreoqrafı Dövlət Sərhəd Xidmətinin əməkdaşı əməkdar artist Fərid İbrahimov, süvarilər dəstəsinin məşqçisi baş təlimatçı İmran Əhmədli, Nümunəvi Hərbi Orkestrin baş dirijoru əməkdar artist Səməd Vəkilovdur.

Böyük Britaniya tamaşaçısı milli musiqi alətlərimizin ifasında səslənən "Yallı", maestro Niyazinin "Qaytağı"sı, Emin Sabitoğlunun "İncə bellim"i, Müslüm Maqomayevin "Azərbaycan" mahnısının sədalarından, "Sərhədçi" rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində qeyri-adi performanslarından ibarət şou-kompozisiyanı böyük heyranlıqla izlənilib.

20 dəqiqə davam edən şou ərzində süvarilərimiz Azərbaycan Respublikası və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaqla diqqətləri cəlb etmiş, tədbir iştirakçıları tərəfindən coşğu ilə qarşılanaraq ayaqüstə alqışlanıb.

Günün sonunda Vindzor qəsrində qonaqların şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə əməkdar artist Afaq Abbasova və Səadət İsmayılova incə zövqlə seçilən piano ifaları ilə gecəyə xüsusi rəng qatıblar.

Qeyd edək ki, nümayəndə heyətimizin çıxışları may ayının 18-dək davam edəcək, bir gün əvvəl isə (mayın 17-si) "Land of Fire" polo komandasının çıxışı baş tutacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:52

Lionel Messi sonrası Argentina millisinin yeni kapitanı Kristian Romero oldu

Futbol
Bu gün, 09:52

Kristian Romero Argentina millisinin yeni kapitanı seçildi

Futbol
Bu gün, 09:52

Argentina millisinin yeni kapitanı Kristian Romero seçildi

Futbol
Bu gün, 09:40

FİFA, UEFA-nın özünə qarşı qarayaxma kampaniyası yürütdüyünü iddia edir

Futbol
Bu gün, 09:40

FİFA rəhbərliyi UEFA-nı qarayaxma kampaniyası aparmaqda ittiham edir

Futbol
Bu gün, 09:40

FİFA UEFA‑nın təşkilata qarşı qarayaxma kampaniyası yürüdüyünü iddia edir

Futbol
Bu gün, 09:36

“Sabah” komandası Çempionlar Liqasının ev matçlarını Bakı Olimpiya Stadionunda keçirəcək

Futbol
Bu gün, 09:20

Məşhur Hollivud aktyoru Hyu Cekman “Norviç” klubunun səhmlərini almaq istəyir

Futbol
Bu gün, 09:20

Məşhur Hollivud aktyoru Hyu Cekman "Norviç" klubunun səhmlərini almağa çalışır

Futbol
Bu gün, 09:20

Məşhur Hollivud aktyoru Hyu Cekman “Norviç” klubunun səhmlərini almağa çalışır

Futbol
Bu gün, 09:20

Məşhur Hollivud aktyoru Hyu Cekman "Norviç" klubunun səhmlərini almağa çalışır

Futbol
Bu gün, 09:20

Məşhur Hollivud aktyoru Hyu Cekman "Norviç" klubunun səhmlərini almağa çalışır

Futbol
Bu gün, 08:37

Neymar zədələndi, Santos Braziliya Kubokunda mübarizəni dayandırdı

Futbol
Bu gün, 08:37

Neymarun zədəsi və Santosun Braziliya Kubokundan çıxışı

Futbol
Bu gün, 08:20

Sabah – Zirə arasında 4-cü turda qarşılaşma

Cüdo
Bu gün, 07:41

İranlı ağırçəkili döyüşçü Puya Rəhmani, Rusiyalı Oleq Popovu məhv etməyi planlaşdırır

Cüdo
Bu gün, 07:41

İranlı ağır çəkili döyüşçü Puya Rəhmani, rusiyalı Oleg Popovu məhv edəcəyini bildirib

Boks
Bu gün, 07:41

İranlı ağırçəkili döyüşçü Puya Rəhmani Rusiyalı Oleq Popovu birinci raundda məhv edəcəyini açıqladı

Digər
Bu gün, 07:41

İranlı ağırçəkili döyüşçü Puya Rəhmani, Rusiyalı Oleq Popovla qarşılaşmadan əvvəl məhvi vəd edir

Boks
Bu gün, 07:41

İranlı ağırçəkili döyüşçü Puya Rəhmani, Rusiyalı Oleq Popovu məhv edəcəyini iddia edir

Futbol
Bu gün, 06:24

İnsayder: Benzemanın Barcelona transferi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil

Futbol
Bu gün, 06:24

İnsayder Benzemanın Barselona keçidi barədə şayiələrə etiraz etdi

Futbol
Bu gün, 06:24

İnsayder: Benzema “Barselona”ya keçmir, məlumatlar yanlışdır

Futbol
Bu gün, 06:24

İnsayder: Benzemanın Barcelona transferi haqqında məlumatlar yanlışdır

Oxşar xəbərlər