"Əl-Nəsr" və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo "Forsaj" filmində rol ala bilər. Sport24.az xəbər verir ki, bu barədə aktyor Vin Dizel sosial şəbəkə hesabında paylaşım edib:
"Hamı ondan "Forsaj" filmində rol alıb-almayacağını soruşurdu... Deməliyəm ki, bu, mütləq baş verəcək. Biz artıq onun üçün rol yazmışıq".
Qeyd edək ki, mətbuatda "Forsaj"ın sonuncu - 11-ci hissəsinin 2026-cı ildə ekrana çıxacağı xəbəri yayılıb.