Azərbaycanın çövkən yığması III MDB Oyunlarında 2-ci qələbəsini qazanıb.
İdman.biz xəbər verir ki, A qrupunda yer alan milli komanda Küveytlə üz-üzə gəlib.
Şəki şəhər stadionunda baş tutan görüş Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 5:0. Bununla da millimiz qrupu birinci yerdə başa vuraraq, yarımfinala yüksəlib.
Yığma qrupdakı ilk oyunda Qırğızıstan üzərində 4:0 hesabı ilə qələbə qazanmışdı.
Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.
13:00
III MDB Oyunları çərçivəsində çövkən üzrə növbəti matç keçirilib.
İdman.biz "Report"a istinadən xəbər verir ki, B qrupunda Türkiyə yığması Özbəkistanla qarşılaşıb.
Şəki şəhər stadionunda baş tutan görüş Asiya təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu gün Azərbaycan millisi də meydana çıxacaq. Komanda A qrupunda ikinci matçını Küveytə qarşı keçirəcək.
Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.