Azərbaycan Atıcılıq Federasiyasının (ASF) baş katibi Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının (ESC) rəyasət heyətinə üzv seçilib.
Bu barədə İdman.Biz-ə ASF-nin mətbuat xidmətindən bildirilib.
Avropa Atıcılıq Konfederasiyasının (ESC) Baş Assambleyasında təşkilatın rəhbər orqanlarının yeni tərkibi formalaşdırılıb.
Assambleyada həmçinin Aleksandr Ratner növbəti müddət üçün ESC prezidenti vəzifəsinə yenidən seçilib.