top
Bolqarıstan Rumen Radev Milli Gimnastika Arenası ilə tanış olub - FOTO İdman.biz
08 may 2024, 20:17
- +

Bolqarıstan Rumen Radev Milli Gimnastika Arenası ilə tanış olub - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva mayın 8-də Milli Gimnastika Arenası ilə tanış olublar.

İdman.biz xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini Mariana Vasileva arenada yaradılan şərait barədə Bolqarıstan Prezidentinə və xanımına məlumat veriblər.

Bildirilib ki, 9600 tamaşaçı üçün nəzərdə tutulmuş Milli Gimnastika Arenası iki hissədən ibarətdir. Arenada gimnastların beynəlxalq yarışlara müntəzəm hazırlıq prosesi aparılır. Buradakı gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Arenada məşqlər üçün nəzərdə tutulmuş zallar, auditoriyalar, atletlər üçün xidmət göstərən yeməkxana mövcuddur. Kompleksdə, həmçinin mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olan bu idman qurğusunda otel də yaradılıb.

Məlumat verilib ki, Azərbaycan Gimnastika Federasiyası əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb edilməsi, yerli idmançıların hazırlanması, yığma komandaların formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi ilə də fəal şəkildə məşğul olur. Burada 200-ə yaxın 12-13 yaşından yuxarı oğlan və qızlar idmanla yanaşı, Təhsil Nazirliyi ilə razılaşma əsasında öz təhsillərini də davam etdirirlər. Federasiya xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman qurumları ilə də əlaqələrini inkişaf etdirir.

Qeyd olunub ki, Milli Gimnastika Arenası ölkəmizdə bir sıra mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Gimnastikanın müxtəlif növləri üzrə nüfuzlu beynəlxalq turnirlərlə yanaşı, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi, 2015-ci ildə I Avropa və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının gimnastika yarışları, 2018-ci ildə cüdo üzrə dünya çempionatı bu möhtəşəm arenada təşkil olunub.

Komplekslə tanışlıqdan sonra Bolqarıstan Prezidenti və birinci xanımı bədii gimnastların nümunəvi çıxışlarına baxıblar.

Daha sonra Prezident Rumen Radev və birinci xanım Desislava Radeva Azərbaycanda fəaliyyət göstərən bolqarıstanlı idmançı və idman xadimləri ilə görüşüblər.

İdman.biz

Rəylər (0)

Son xəbərlər

Futbol
Bu gün, 10:20

“Sabah”ın xorvatiyalısı: “Kompakt oynadıq və rəqibə fərqlənmək üçün hər hansı şans vermədik”

Basketbol
Bu gün, 10:13

Üçüncü qələbə arzusunda

Basketbol
Bu gün, 10:07

Millimiz finalın bir addımlığında

Futbol
Bu gün, 10:00

"Şamaxı" serbiyalı müdafiəçi ilə müqavilə bağladı

Digər
Bu gün, 09:46

Diananın Paris-2024 sınağı

Digər
Bu gün, 09:42

PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək

Futbol
Bu gün, 09:41

AFFA rəsmisi “Trabzonspor”un oyununda

Futbol
Bu gün, 09:40

“Neftçi” “Roma” və Latsio”nun sabiq futbolçusu ilə danışıqlar aparır - EKSKLÜZİV

Digər
Bu gün, 09:37

Paris-2024: Snayperimiz hədəf önünə keçir

Digər
Bu gün, 09:22

Cüdoçularımız Paris tatamisində

Olimpiada
Bu gün, 09:20

Paris-2024: Bu gün daha 5 idmançımız mübarizəyə başlayır

Futbol
Bu gün, 09:20

Bakiç “Şamaxı”da

Digər
Bu gün, 09:13

Paris-2024: Keişanın ilk sınağı

Futbol
Bu gün, 09:03

Cəlal Hüseynovun komandası yeni mövsümdə ilk qələbəsini qazanıb

Digər
Bu gün, 09:00

İlk medallar sahibini gözləyir: Millimizin mükafat şansları - GÜNDƏLİK

Digər
Bu gün, 02:41

Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO

Digər
Bu gün, 01:26

Paris-2024-ün açılış mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Futbol
Bu gün, 00:38

Macar futbolçu: "Sanki qol bizi silkələdi"

Basketbol
Dünən, 23:06

Rassell Uestbruk "Denver"də

Futbol
Dünən, 22:43

"Turan Tovuz" Vətənə dönür

Futbol
Dünən, 22:26

Cəlalın komandasına 1 qol bəs edib

Futbol
Dünən, 22:15

Türkiyə mətbuatının iddiası: "Qarabağ"ın futbolçusu paytaxt klubuna keçir

Digər
Dünən, 21:58

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO

Digər
Dünən, 21:50

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir

Oxşar xəbərlər