Azərbaycan təmsilçiləri Sloveniyanın Portoroj şəhərində keçirilmiş yelkənli qayıq üzrə "Sailing Point Easter Regatta 2026" beynəlxalq turnirində çıxış ediblər.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumay yayıb.
Bildirilib ki, komanda üzvlərindən heç biri medalçılar sırasına düşə bilməyib.
Kamal Bəşirli (14 yaş) "Qızıl" qrupda, Emel Məmmədli, Furkan Mustafayev və Səma Mansurzadə "Gümüş" qrupda, Amira Bayramova "Bürünc" qrupda, Amin Cəlilzadə isə "Zümrüd" qrupda mübarizə aparıblar.