Azərbaycanın velosiped idmanı üzrə yığması Türkiyənin Alanya şəhərində keçiriləcək "Grand Prix Alaiye 1.2" yarışında iştirak edəcək. Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib.
Fevralın 21-də baş tutacaq yarışa Musa Mikayılzadə, Nofəl Nuriyev, Əli Qurbanov, Şahin Eyvazov, Maksim Trendelyov və Tural İsrafilov qatılacaq.
Komandaya baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Əsədov rəhbərlik edəcək.