Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yarımfinalda milli komanda Qazaxıstanla üz-üzə gəlib.
Şəki şəhər stadionunda baş tutan görüş Azərbaycan komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Yığma qrupdakı ilk oyunda Qırğızıstan üzərində 4:0, Küveyt üzərində isə 5:0 hesabı ilə qələbə qazanmışdı.
Azərbaycanın finaldakı rəqibi bu gün keçiriləcək Qırğızıstan - Özbəkistan oyunundan sonra bəlli olacaq.
Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.
III MDB Oyunları çövkən Qazaxıstan