top
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz Report.az
26 aprel 2024, 18:01
- +

Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz

İki bürünc medal bizim üçün uğurlu nəticə sayıla bilməz.

Bunu "Report"a açıqlamasında kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev deyib.

Mütəxəssis milli komandanın Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında uğursuz çıxışının səbəblərindən danışıb: "Ümumilikdə 13 boksçumuzdan 7-si bizimlə Bolqarıstanda təlim-məşq toplanışında yer almışdı. Digər 6 idmançımız zədə və digər səbəblərdən birbaşa Serbiyaya gəldi. Yarışın bizim üçün uğurlu keçdiyini deyə bilməyəcəm. İnşallah, qarşıdakı turnirlərə daha yaxşı hazırlaşacağıq".

N.Abdullayev boksçularımızın rəqibləri ilə döyüşlərini şərh edib: "Həsən Məlikov (48 kq), Məsud Yusifzadə (51 kq) və Amin Məmmədzadə (54 kq) pis çıxış etmədilər. Amma müəyyən vaxtlarda hakim ədalətsizliyi idmançılarımızın məğlubiyyətinə səbəb oldu. Şamil Əsgərovun (57 kq) döyüşündən razı qalmadım, zəif çıxış etdi. Tayfur Əliyevə (60 kq) qarşı hakim haqsızlığının olduğunu söyləyə bilərəm. Belə olmsayadı, davam edə bilərdi. Malik Həsənov (63,5 kq) isə olduqca yaxşı mübarizə apardı. Yarımfinaldakı döyüşünü də qənatbəxş saymaq olardı. Lakin yenə hakimlərin qeyri-müəyyən qərarları idmançımızı finaldan etdi və nəticədə Malik bürünc mükafatla kifayətləndi. Nəbi İsgəndərov (67 kq) gürcüstanlı rəqibi ilə layiqli mübarizə apardı. Təəssüf ki, son nəticələri uğursuz oldu. Sərxan Əliyev (71 kq) yüngül zədəsi səbəbindən lazımınca mübarizə apara bilmədi. Həmçinin Kamran Şahsuvarlının (75 kq) çıxışından razı qalmadıq. Murad Allahverdiyevdə (80 kq) yorğunluq hiss olunurdu. Eldar Quliyevin (86 kq) çıxışı yaxşı alınmadı. Alfonso Dominqesin (92 kq) görüşünə gəlincə, əvvəlki illərə nisbətən bir az zəif çıxış etdiyini deyə bilərəm. Lakin yarımfinalda raundlarda rəqibindən üstün idi. Sadəcə, xəbərdarlıq aldığına görə qələbə rəqibə verildi. Məhəmməd Abdullayev (+92 kq) barədə xoş sözlər demək istəyirəm. Baxmayaraq ki, məğlub olub. Yaxşı döyüş nümayiş etdirməsinə baxmayaraq, qələbə qazana bilmədi".

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan boksçularından Malik Həsənov (63,5 kq) və Alfonso Dominqes (92 kq) yarımfinalda uduzaraq bürünc medal qazanıblar.

Rəylər (0)

Son xəbərlər

Digər
Bu gün, 02:41

Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO

Digər
Bu gün, 01:26

Paris-2024-ün açılış mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Futbol
Bu gün, 00:38

Macar futbolçu: "Sanki qol bizi silkələdi"

Basketbol
Dünən, 23:06

Rassell Uestbruk "Denver"də

Futbol
Dünən, 22:43

"Turan Tovuz" Vətənə dönür

Futbol
Dünən, 22:26

Cəlalın komandasına 1 qol bəs edib

Futbol
Dünən, 22:15

Türkiyə mətbuatının iddiası: "Qarabağ"ın futbolçusu paytaxt klubuna keçir

Digər
Dünən, 21:58

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO

Digər
Dünən, 21:50

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir

Digər
Dünən, 21:49

Azərbaycan Paris-2024-ün idmançılar paradından keçib

Digər
Dünən, 21:46

Paris-2024-ün açılış mərasimi start götürüb

Futbol
Dünən, 21:45

"Zaqatala"dan ayrıldı, Belarusun yüksək liqa komandası ilə anlaşdı

Digər
Dünən, 21:38

Yağış və Olimpiya açılış mərasiminin sirləri

Futbol
Dünən, 21:28

"Kəpəz" sonuncu yoxlama görüşündə böyük hesabla qalib gəldi

Digər
Dünən, 21:14

Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

Futbol
Dünən, 21:00

Polşa qitə çempionatını qəbul etmək üçün UEFA-ya müraciət edib

Digər
Dünən, 20:45

Azərbaycan yığması açılış mərasiminə doğru

Cüdo
Dünən, 20:43

Cüdoçularımız Avropa kubokunda

Futbol
Dünən, 20:24

"Qalatasaray"ın futbolçusu Rusiyaya yollandı

Futbol
Dünən, 20:16

"Real"la Alfonso arasındakı razılıq

Digər
Dünən, 19:48

Paris-2024: 11 milyardlıq Olimpiada

Futbol
Dünən, 19:45

"Kəpəz"in aşağı yaş qruplarını "Babir" geyindirəcək

Futbol
Dünən, 19:35

"Şamaxı" son yoxlama oyununu da qələbə ilə başa vurdu

Futbol
Dünən, 19:23

"Şamaxı" Küveyt klubuna qalib gəlib

Oxşar xəbərlər