16 yaşadək qız və oğlan voleybolçular arasında keçiriləcək Azərbaycan birinciliyinin final oyunlarının vaxtı müəyyənləşib.
"Report"un Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, oyunlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
Daha sonra qaliblərin mükafatlandırılması və birinciliyin bağlanış mərasimi keçiriləcək.
4 may
Qızlar
"Azərreyl-1" - "Şərqi Zəngəzur RVK"
Oğlanlar
"Azərreyl" - "Murov Az Terminal-1"
Qeyd edək ki, final oyunlarına saat 14.00-da start veriləcək.