Azərbaycanda kanoe və avarçəkmə yarışlarına maraq xeyli artıb.
"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov deyib.
Qurum rəsmisi Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatasından əvvəl keçirilən paradda yarışla bağlı fikirlərini böüşüb: "Mingəçevirdə avarçəkmə yarışları olduqca sevilir. "Prezident Kuboku"nun daha əvvəl də burada keçirilməsi buna sübutdur. Artıq dünyada ölkəmizdə keçirilən kanoe və avarçəkmə yarışı barədə hər kəs məlumatlıdır. Dünya kubokunun keçirilməsində əsas məqsədlərdən biri avarçəkmənin daha da inkişaf etdirilməsidir. Mingəçevir ölkəmizdə ən öndə gedən şəhərlərdən biridir. Gələcəkdə də burada avarçəkmə yarışlarının keçirilməsi nəzərdə tutulur".