top
AMADA rəhbərliyi Tunisdəki konfransda süni intellekt və antidopinq mövzusunda təqdimatla çıxış edib Idman.biz
06 oktyabr 2025, 13:55
- +

AMADA rəhbərliyi Tunisdəki konfransda süni intellekt və antidopinq mövzusunda təqdimatla çıxış edib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbər heyəti Tunis Milli Antidopinq Agentliyinin (ANAD) təşəbbüsü ilə keçirilən "Antidopinqlə mübarizədə data elmlərinin rolu" mövzusunda IV beynəlxalq konfransda iştirak edib.

Bu barədə İdman.biz-ə AMADA-dan məlumat verilib.

Tədbir Afrika qitəsindən və digər bölgələrdən olan yüksək səviyyəli nümayəndələri bir araya gətirib. Konfransda milli antidopinq təşkilatlarının, idman dürüstlüyü bölmələrinin, hüquq-mühafizə orqanlarının, laboratoriyaların və beynəlxalq qurumların ekspertləri iştirak ediblər. Mühazirəçilər Avropa, Şimali Afrika və Yaxın Şərqi təmsil edən geniş peşəkar və coğrafi spektri əhatə edərək, təhqiqatyönümlü və data əsaslı antidopinq fəaliyyətlərinin qloballaşan xarakterini ön plana çəkiblər.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə və onun müavini Rüfət Efendiyev konfransda "Antidopinqdə süni intellektin tətbiqi: İnnovasiya ilə məsuliyyət arasında" adlı birgə təqdimatla çıxış ediblər. Onların çıxışında süni intellekt alətləri vasitəsilə dopinqin aşkarlanması, analitik fəaliyyətlər və test strategiyalarının təkmilləşdirilməsi imkanları araşdırılıb.

Bununla yanaşı, məxfiliyin qorunması, ədalətli idman anlayışı və hüquqi prosedurların təmin olunması kimi fundamental prinsiplərə sadiqlik vurğulanıb. Təqdimatda həmçinin gender bərabərliyinin inklüziv və gələcəyə yönəlmiş antidopinq idarəçiliyi üçün mühüm əhəmiyyət daşıdığı xüsusi qeyd olunub.

Digər çıxışçılar isə məxfi məlumatların idarə olunması, kriminalistik təhlillər, qurumlararası əməkdaşlıq, məlumatların birləşdirilməsi metodologiyaları, eləcə də antidopinq orqanları ilə hüquq-mühafizə strukturları arasında əlaqələrin gücləndirilməsi kimi mövzulara toxunublar.

Konfrans süni intellektə marağın, etik təminatların və inklüzivliyin qlobal antidopinq hərəkatında artmaqda olduğunu bir daha göstərib. Tunis isə bu sahədə dialoq və innovasiya üçün regional mərkəz kimi öz mövqeyini möhkəmləndirib. Müzakirələr çərçivəsində tədbir iştirakçılarının çıxışları idmanda təmizliyin yalnız dopinqin aşkarlanması ilə deyil, həm ədalət, etibar və həm də idmançıların, habelə institutların uzunmüddətli dürüstlüyü ilə bağlı olduğuna dair ortaq mövqeyi əks etdirib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
02 sentyabr 2026, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
02 sentyabr 2026, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
02 sentyabr 2026, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
02 sentyabr 2026, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
02 sentyabr 2026, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
02 sentyabr 2026, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
02 sentyabr 2026, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
02 sentyabr 2026, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
02 sentyabr 2026, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
02 sentyabr 2026, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
02 sentyabr 2026, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
02 sentyabr 2026, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
02 sentyabr 2026, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
02 sentyabr 2026, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
02 sentyabr 2026, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
02 sentyabr 2026, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
02 sentyabr 2026, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
02 sentyabr 2026, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
02 sentyabr 2026, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
02 sentyabr 2026, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
02 sentyabr 2026, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
02 sentyabr 2026, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
02 sentyabr 2026, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
02 sentyabr 2026, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər