top
Rəşad Nəbiyev milli komanda ilə görüşüb İdman.biz
27 may 2024, 17:36
- +

Rəşad Nəbiyev milli komanda ilə görüşüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev kişilərdən ibarət milli komandanın məşqçiləri, tibb və dəstək heyəti, həmçinin idmançıları ilə görüşüb.

İdman.biz xəbər verir ki, görüşdə ACF rəhbəri komandanı, xüsusilə Hidayət Heydərov və Zelim Kotsoyevi Abu-Dabidə keçirilən dünya çempionatında qazandıqları qızıl medallar münasibətilə təbrik edib.

O, dünya çempionatında 2 qızıl medalın əldə edilməsinin tarixi nailiyyət olduğunu vurğulayıb.

Nəbiyev bu əlamətdar nəticənin əldə edilməsində ölkə rəhbərliyinin, Azərbaycan Prezidenti İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasətin və idmançılara göstərdiyi diqqət və qayğının əsas və önəmli rol oynadığını qeyd edib. Həmçinin, o bildirib ki, ölkə rəhbərliyinin hər iki idmançımızı təbrik etməsi onları Olimpiya Oyunlarında və digər yarışlarda yeni qələbələrə ruhlandırıb.

O, bu əlamətdar nəticələrin əldə edilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Federasiya prezidentinin sözlərinə görə, fəaliyyətləri təkcə medal qazanmağa nail olmaq deyil, həm də cəmiyyətə müsbət və faydalı mesajların çatdırılmasına yönəlib. Bunun nümunəsi olaraq o, qurumun təşəbbüsü ilə həyata keçirilən "Qızlara Ağ Yaraşır", "Söz verirəm", "Doğru yol budur" kimi müxtəlif kampaniyaları xatırladıb. Bu təşəbbüslər uşaqlar, yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin aşılanması, cəmiyyət üçün layiqli və sağlam nəslin yetişməsinə töhfə vermək məqsədi daşıyır.

Görüş zamanı bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı məşqçilər korpusu ilə müzakirələr aparılıb. Bildirilib ki, Olimpiya Oyunlarına yekun və intensiv hazırlıq prosesi çərçivəsində idmançılar Quba, Poreç (Xorvatiya), Bakıda, daha sonra isə Benidormda (İspaniya) təlim-məşq toplanışında iştirak edəcəklər. Məlumat verilib ki, bu düşərgələr idmançıların bacarıqlarını və ümumi performansını artırmaq, onların qarşıdakı Olimpiya Oyunlarında ən yüksək hazırlıq səviyyəsində olmasını təmin etmək üçün nəzərdə tutulub.

Nəbiyev yekunda qarşıdan gələn Paris-2024 Yay Olimpiya Oyunlarında milli komandaya uğurlar arzu edib və Azərbaycan cüdoçularının qaliblər sırasında olacağına inandığını bildirib.

İdman.biz

Rəylər (0)

Son xəbərlər

Digər
Bu gün, 02:41

Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO

Digər
Bu gün, 01:26

Paris-2024-ün açılış mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Futbol
Bu gün, 00:38

Macar futbolçu: "Sanki qol bizi silkələdi"

Basketbol
Dünən, 23:06

Rassell Uestbruk "Denver"də

Futbol
Dünən, 22:43

"Turan Tovuz" Vətənə dönür

Futbol
Dünən, 22:26

Cəlalın komandasına 1 qol bəs edib

Futbol
Dünən, 22:15

Türkiyə mətbuatının iddiası: "Qarabağ"ın futbolçusu paytaxt klubuna keçir

Digər
Dünən, 21:58

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO

Digər
Dünən, 21:50

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir

Digər
Dünən, 21:49

Azərbaycan Paris-2024-ün idmançılar paradından keçib

Digər
Dünən, 21:46

Paris-2024-ün açılış mərasimi start götürüb

Futbol
Dünən, 21:45

"Zaqatala"dan ayrıldı, Belarusun yüksək liqa komandası ilə anlaşdı

Digər
Dünən, 21:38

Yağış və Olimpiya açılış mərasiminin sirləri

Futbol
Dünən, 21:28

"Kəpəz" sonuncu yoxlama görüşündə böyük hesabla qalib gəldi

Digər
Dünən, 21:14

Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

Futbol
Dünən, 21:00

Polşa qitə çempionatını qəbul etmək üçün UEFA-ya müraciət edib

Digər
Dünən, 20:45

Azərbaycan yığması açılış mərasiminə doğru

Cüdo
Dünən, 20:43

Cüdoçularımız Avropa kubokunda

Futbol
Dünən, 20:24

"Qalatasaray"ın futbolçusu Rusiyaya yollandı

Futbol
Dünən, 20:16

"Real"la Alfonso arasındakı razılıq

Digər
Dünən, 19:48

Paris-2024: 11 milyardlıq Olimpiada

Futbol
Dünən, 19:45

"Kəpəz"in aşağı yaş qruplarını "Babir" geyindirəcək

Futbol
Dünən, 19:35

"Şamaxı" son yoxlama oyununu da qələbə ilə başa vurdu

Futbol
Dünən, 19:23

"Şamaxı" Küveyt klubuna qalib gəlib

Oxşar xəbərlər