top
Linz Qran-prisi: Qamzatxanov 1/4 finalda, Kokauri mübarizəni dayandırdı Idman.biz
08 mart 2026, 15:31
- +

Linz Qran-prisi: Qamzatxanov 1/4 finalda, Kokauri mübarizəni dayandırdı

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinin sonuncu günündə Azərbaycanın ağırçəkili təmsilçiləri tatami üzərinə çıxıblar. +100 kq çəki dərəcəsində mübarizə aparan idmançılarımızdan biri mərhələ adlasa da, digəri yarışla vidalaşıb.

İdman.Biz xəbər verir ki, Camal Qamzatxanov turnirə inamlı start verib. İlk görüşündə britaniyalı Uesli Qriniçə qalib gələn cüdoçumuz 1/8 finalda Türkiyə təmsilçisi Munir Ertuğ ilə üz-üzə gəlib. Bu qarşılaşmada da rəqibindən üstün olan Qamzatxanov adını 1/4 finala yazdırıb. Onun növbəti rəqibi Yaponiya idmançısı Qay Hatakeyama olacaq.

Milli komandamızın digər üzvü Uşanqi Kokauri üçün isə yarış uğursuz yekunlaşıb. 1/16 finalda polşalı Yakub Sordili vaza-ari xalı ilə məğlub edən Kokauri 1/8 finalda yaponiyalı Qay Hatakeyama ilə qarşılaşıb. Gərgin keçən döyüşün sonunda rəqibinə uduzan Uşanqi turnirdə mübarizəni dayandırıb.

İndi bütün diqqətlər 1/4 finalda komanda yoldaşını məğlub edən yaponiyalı ilə qarşılaşacaq Camal Qamzatxanova yönəlib.

14:13

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinin sonuncu günündə Azərbaycanın daha bir ağırçəkili təmsilçisi mübarizəyə uğurlu start verib. Milli komandamızın üzvü Camal Qamzatxanov da ilk görüşündə inamlı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində yarışan Qamzatxanov 1/16 final mərhələsində Böyük Britaniya idmançısı Uesli Qriniç ilə qarşılaşıb. Rəqibindən daha üstün güləş nümayiş etdirən cüdoçumuz qalib gələrək adını 1/8 finala yazdırıb.

Bir qədər əvvəl eyni çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Uşanqi Kokauri də polşalı rəqibinə qalib gələrək 1/8 finala yüksəlmişdi.

Təmsilçilərimizin 1/8 finaldakı rəqibləri artıq məlumdur. Uşanqi Kokauri yaponiyalı Gai Hatakeyama, Camal Qamzatxanov isə Türkiyə təmsilsiçi Munir Ertuğla qarşılaşacaq.

Turnirin əvvəlki günlərində isə Vüsal Qələndərzadə "gümüş", Ömər Rəcəbli isə "bürünc" medal qazanıblar.

13:59

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinin sonuncu günündə Azərbaycanın ağırçəkili təmsilçiləri mübarizəyə qoşulublar. Milli komandamızın üzvü Uşanqi Kokauri turnirə qələbə ilə başlayaraq azarkeşləri sevindirib.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində yarışan Kokauri 1/16 final mərhələsində Polşa təmsilçisi Yakub Sordil ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın gedişində cüdoçumuz vaza-ari xalı qazanaraq üstünlüyü ələ keçirib. Görüşün sonuna qədər bu üstünlüyünü qoruyan Uşanqi rəqibini məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

11:51

Avstriyanın Linz şəhərində təşkil olunan cüdo üzrə Qran-pri turnirinə bu gün yekun vurulur. Yarışın son günündə Azərbaycan millisinin iki ağırçəkili təmsilçisi medallar uğrunda mübarizəyə daxil olur.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançılarımız 1/16 final mərhələsindən yarışa başlayacaqlar. Camal Qamzatxanov Böyük Britaniya təmsilçisi Uesli Qriniçlə qarşılaşacaq. Digər cüdoçumuz Uşanqi Kokauri isə polşalı Yakub Sordillə gücünü yoxlayacaq.

Təsnifat mərhələsinin döyüşləri Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Medal qarşılaşmalarının keçiriləcəyi final bloku isə saat 20:00-da start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 22:25

Bakıda Cüdo Məşqçiliyi Sertifikat Proqramına Start Verilib

Futbol
Bu gün, 22:17

Tufan Sadıqov futboldan uzaqlaşdırma qərarına qarşı CAS-a şikayət edib

Futbol
Bu gün, 21:44

Volfsburqdan transfer

Futbol
Bu gün, 21:27

Qəbələ" "Qarabağ"a qarşı oynayan braziliyalı ilə müqavilə bağlayıb

Futbol
Bu gün, 21:26

Real Madridin yeni forma nömrələri

Futbol
Bu gün, 21:11

Lautaro Martines “Barselona”ya keçə bilər

Futbol
Bu gün, 20:57

Trabzonspor Darvin Nunyesin transferini həll edib

Futbol
Bu gün, 20:42

„Kəpəz“ heyətini daha bir futbolçu ilə gücləndirib

Basketbol
Bu gün, 20:37

LANDAU Lions „Mayami Hit“in eks-oyunçusunu heyətinə qatıb

Futbol
Bu gün, 20:27

Fənərbaxça Çempionlar Liqasina iki itki ile çıkacaq

Futbol
Bu gün, 19:46

Messi 2026-cı il Dünya Çempionatında ən çox hədələnən oyunçu olub

Voleybol
Bu gün, 19:28

Azərbaycan voleybol çimərlik yığmaları beynəlxalq turnirdə

Futbol
Bu gün, 19:16

Sabah - Orhus matçından əvvəl açıq məşq keçirib

Futbol
Bu gün, 18:59

Xeronimo Rulli “Mançester Siti”yə transfer olunacaq

Digər
Bu gün, 18:29

Səbail" Boluda yay toplanışını keçirəcək

Futbol
Bu gün, 18:29

"Səbail" klubu Boluda hazırlıq toplanışını keçirəcək

Futbol
Bu gün, 18:12

Sabah - Orhus matçına çox ciddi hazırlaşdıq

Futbol
Bu gün, 17:51

"Yuventus" Kenan Yıldızın transferinə 100 milyon avro tələb edir

Boks
Bu gün, 17:40

Azərbaycanı qitə çempionatında 13 boksçu təmsil edəcək

Futbol
Bu gün, 17:39

10 il əvvəl Modriçlə şəkil çəkdirən gənc futbolçu indi Milanın heyətində kumiri ilə oynayır

Futbol
Bu gün, 17:18

AFFA rəsmisi UEFA-nın matç direktoru kimi Tbilisidə səfərdə olub

Güləş
Bu gün, 17:07

Azərbaycan güləşçiləri Rumıniya turnirində 5 medala sahib olublar

Futbol
Bu gün, 17:00

Kəpəz”ə Kiyev “Dinamo”sunun keçmiş futbolçusu qoşuldu

Olimpiada
Bu gün, 16:55

Azərbaycan paraüzgüçülərinin uğurları: ötən illər və gələcək perspektivləri

Oxşar xəbərlər