top
Azərbaycan cüdoçuları Avstriya Qran-prisində 4 medal qazanıblar Idman.biz
08 mart 2026, 23:33
- +

Azərbaycan cüdoçuları Avstriya Qran-prisində 4 medal qazanıblar

Avstriyada keçirilən cüdo üzrə Qran-pri turniri Azərbaycan millisi üçün uğurla başa çatıb. Komandamız mötəbər yarışı ümumilikdə dörd medalla tamamlayıb.

İdman.Biz xəbər verir ki, yarışın son günündə ağır çəkili cüdoçumuz Camal Qamzatxanov (+100 kq) fəxri kürsüyə qalxmağı bacarıb. Bürünc medal uğrunda həlledici qarşılaşmada Gürcüstan təmsilçisi İrakli Demetraşvili ilə üz-üzə gələn idmançımız əzmkar mübarizə nümayiş etdirib. Gərgin keçən görüşün sonunda rəqibinə qalib gələn Qamzatxanov turnirin bürünc medalına sahib çıxıb.

Beləliklə, cüdoçularımız Avstriya turnirində qazanılan medalların sayını 4-ə çatdıraraq yarışı yüksək notda bitiriblər. Turnirin əvvəlki günlərində Ruslan Paşayev "qızıl", Vüsal Qələndərzadə "gümüş", Ömər Rəcəbli isə "bürünc" medal qazanıblar.

16:28

Avstriyanın Linz şəhərində keçirilən Qran-pri turnirinin sonuncu günündə Azərbaycanın ağırçəkili cüdoçusu Camal Qamzatxanov (+100 kq) medal uğrunda mübarizəsini davam etdirir.

İdman.Biz xəbər verir ki, Qamzatxanov 1/4 final mərhələsində Yaponiya təmsilçisi Qay Hatakeyama ilə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibinə məğlub olan cüdoçumuz qızıl medal şansını itirsə də, təsəlliverici qrupda mübarizə aparmaq hüququ qazanıb.

Təsəlliverici görüşdə Camal Qamzatxanov Ukrayna idmançısı Yevgeni Balyevski ilə üz-üzə gəlib. Rəqibi üzərində inamlı qələbə qazanan təmsilçimiz bürünc medal uğrunda həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Qeyd edək ki, Qamzatxanov bürünc medal görüşündə Gürcüstan idmançısı İrakli Demetraşvili ilə üz-üzə gələcək. Final bloku saat 20:00-da başlayacaq.

15:31

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinin sonuncu günündə Azərbaycanın ağırçəkili təmsilçiləri tatami üzərinə çıxıblar. +100 kq çəki dərəcəsində mübarizə aparan idmançılarımızdan biri mərhələ adlasa da, digəri yarışla vidalaşıb.

İdman.Biz xəbər verir ki, Camal Qamzatxanov turnirə inamlı start verib. İlk görüşündə britaniyalı Uesli Qriniçə qalib gələn cüdoçumuz 1/8 finalda Türkiyə təmsilçisi Munir Ertuğ ilə üz-üzə gəlib. Bu qarşılaşmada da rəqibindən üstün olan Qamzatxanov adını 1/4 finala yazdırıb. Onun növbəti rəqibi Yaponiya idmançısı Qay Hatakeyama olacaq.

Milli komandamızın digər üzvü Uşanqi Kokauri üçün isə yarış uğursuz yekunlaşıb. 1/16 finalda polşalı Yakub Sordili vaza-ari xalı ilə məğlub edən Kokauri 1/8 finalda yaponiyalı Qay Hatakeyama ilə qarşılaşıb. Gərgin keçən döyüşün sonunda rəqibinə uduzan Uşanqi turnirdə mübarizəni dayandırıb.

İndi bütün diqqətlər 1/4 finalda komanda yoldaşını məğlub edən yaponiyalı ilə qarşılaşacaq Camal Qamzatxanova yönəlib.

14:13

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinin sonuncu günündə Azərbaycanın daha bir ağırçəkili təmsilçisi mübarizəyə uğurlu start verib. Milli komandamızın üzvü Camal Qamzatxanov da ilk görüşündə inamlı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində yarışan Qamzatxanov 1/16 final mərhələsində Böyük Britaniya idmançısı Uesli Qriniç ilə qarşılaşıb. Rəqibindən daha üstün güləş nümayiş etdirən cüdoçumuz qalib gələrək adını 1/8 finala yazdırıb.

Bir qədər əvvəl eyni çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Uşanqi Kokauri də polşalı rəqibinə qalib gələrək 1/8 finala yüksəlmişdi.

Təmsilçilərimizin 1/8 finaldakı rəqibləri artıq məlumdur. Uşanqi Kokauri yaponiyalı Gai Hatakeyama, Camal Qamzatxanov isə Türkiyə təmsilsiçi Munir Ertuğla qarşılaşacaq.

Turnirin əvvəlki günlərində isə Vüsal Qələndərzadə "gümüş", Ömər Rəcəbli isə "bürünc" medal qazanıblar.

13:59

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinin sonuncu günündə Azərbaycanın ağırçəkili təmsilçiləri mübarizəyə qoşulublar. Milli komandamızın üzvü Uşanqi Kokauri turnirə qələbə ilə başlayaraq azarkeşləri sevindirib.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində yarışan Kokauri 1/16 final mərhələsində Polşa təmsilçisi Yakub Sordil ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın gedişində cüdoçumuz vaza-ari xalı qazanaraq üstünlüyü ələ keçirib. Görüşün sonuna qədər bu üstünlüyünü qoruyan Uşanqi rəqibini məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

11:51

Avstriyanın Linz şəhərində təşkil olunan cüdo üzrə Qran-pri turnirinə bu gün yekun vurulur. Yarışın son günündə Azərbaycan millisinin iki ağırçəkili təmsilçisi medallar uğrunda mübarizəyə daxil olur.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançılarımız 1/16 final mərhələsindən yarışa başlayacaqlar. Camal Qamzatxanov Böyük Britaniya təmsilçisi Uesli Qriniçlə qarşılaşacaq. Digər cüdoçumuz Uşanqi Kokauri isə polşalı Yakub Sordillə gücünü yoxlayacaq.

Təsnifat mərhələsinin döyüşləri Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Medal qarşılaşmalarının keçiriləcəyi final bloku isə saat 20:00-da start götürəcək.

Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 22:35

Cüdo Liqası III turu Abşeronda keçiriləcək

Futbol
Bu gün, 22:20

KuPS Çempionlar Liqasının növbəti mərhələsinə yüksəldi

Futbol
Bu gün, 21:56

Şəfa yay təlim-məşq toplanışında 5 yoxlama oyunu keçirəcək

Futbol
Bu gün, 21:49

İker Kasilyas: İspaniyanın 2026 Dünya Çempionatının Finalına Çıxacağına əminik

Futbol
Bu gün, 21:18

DÇ-2026-nın bağlanış mərasimində world ulduzlarının iştirakı

Futbol
Bu gün, 21:03

Yann Sommer “İnter”dən “Brügge”yə keçib

Futbol
Bu gün, 20:58

Amil Yunanov Şirvana transferred

Futbol
Bu gün, 20:17

"Qəbələ" "Kəpəz"i məğlub edib

Futbol
Bu gün, 20:02

Ander Errera “Saraqosa”ya transfer olunub

Futbol
Bu gün, 19:59

Lamin Yamal: Qol hesabımı Fransa oyununda aça bildiyimə ümid edirəm

Futbol
Bu gün, 19:46

"Real Madrid" "Barselona"nın Neqreyranın dövründə qazandığı kuboklardan məhrum olunmasını istəyib

Boks
Bu gün, 19:31

Zlatan İbrahimoviç Tayson Fyuri ilə boks döyüşü keçirməyə hazır

Futbol
Bu gün, 19:16

Frenki de Yonq dörd aya qədər futbol oynaya bilməyəcək

Futbol
Bu gün, 19:00

Ander Herrera „Saragosa“ya keçib

Futbol
Bu gün, 18:30

Kilian Mbappe yarımfinala ağrıkəsicilərlə çıxacaq

Futbol
Bu gün, 18:30

Kilian Mbappe zədəsini tam sağaltmayıb

Futbol
Bu gün, 17:53

Tural Qurbanov Konfrans Liqasında matç idarə edəcək

Futbol
Bu gün, 17:40

Tottenhem futbolçusu "Brayton"a keçib

Şahmat
Bu gün, 17:22

16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçiriləcək

Futbol
Bu gün, 17:20

Erlinq Holandın sosial şəbəkədə rekordu

Digər
Bu gün, 17:00

Elvin Yunuszadənin yeni klubu

Futbol
Bu gün, 16:56

Mbappe yarımfinala hazırlaşır, lakin tam hazır deyil

Voleybol
Bu gün, 16:44

Turan klubu slovakiyalı voleybolçu ilə yeni müqavilə bağlayıb

Qarabağ FK
Bu gün, 16:23

Qarabağ" FK Avropa Liqasına hazırdır - "Vestri" ilə oyuna ıslandiyaya yollanıb

Oxşar xəbərlər