top
Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo layihəsinə start verib Sport24.az
30 may 2024, 20:20
- +

Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo layihəsinə start verib

Azərbaycan Cüdo Federasiyası (ACF) Adaptiv cüdo layihəsinə start verib.

Sport24.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu proqram daun sindromlu, autizmli və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasını təşviq etmək və özünə inamını artırmaq məqsədi daşıyır. Cüdonun əsas dəyərlərini aşılamaqla, proqram adaptiv cüdo təcrübəsi vasitəsilə fiziki fəaliyyəti, zehni rifahı və sosial inklüzivliyi təşviq edir.

ACF-in rəsmiləri ötən il adaptiv cüdonun uğurlu beynəlxalq təcrübəsindən yararlanmaq məqsədi ilə, Hollandiyanın Venray şəhərində keçirilən "EJU Get Together" adaptiv cüdo turnirində iştirak edib. 2024-cü ildən ACF adaptiv cüdonu inkişaf strategiyasının əsas istiqamətlərdən birinə çevirərək, məşqçilərin bu istiqamətdə daha da ixtisaslaşması üçün onların adaptiv cüdo seminarlarında və təlim-məşq toplanışlarında iştirakını nəzərdə tutub. Belə ki, cari ilin may ayında məşqçilər Rüfət İsmayılov və Samir İsmayılovun Parisdə keçirilən adaptiv cüdo üzrə təlim-məşq toplanışında və məşqçilik seminarında iştirak ediblər. Hal-hazırda, məşqçilər Xorvatiyanın Velika-Qoritsa şəhərində lazım olan bacarıq və biliklərinin təkmilləşdirmək üçün "Get Together 2024" adaptiv cüdo turnirinə qatılıblar.

Qeyd edək ki, hazırlıq çərçivəsində ACF artıq daun sindromlu uşaqların valideynləri ilə görüşüb. Görüş zamanı valideynlər proqramı böyük həvəslə qarşıladıqlarını və bunun uşaqların həyatına göstərəcəyi müsbət təsiri səbirsizliklə gözlədiklərini bildiriblər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ilk cüdo dərslərinin tezliklə başlaması planlaşdırılır.

ACF-in təhsil üzrə meneceri Orxan Oruczadə Avropa Cüdo Birliyinə müsahibəsində layihə haqqında məlumat verib: " Cüdonun dəyərləri ilə biz yaxın tanış olanda başa düşdük ki, əlilliyi olan şəxslər, uşaqlar Azərbaycan cüdosunun bütün mərhələlərində və inkişaf tarixində diqqətdən kənar qalıblar. Ölkəmizdə son illər inklüziv cəmiyyətin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər cüdo ailəsi olaraq bizim də bu sahəyə diqqət yönəltməyimizə həvəsləndirdi.

Adaptiv cüdonun Azərbaycanda tətbiq olunması üçün biz müxtəlif ölkələrin təcrübəsini yaxından öyrənirik. Məşqçilərimizin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması üçün onların Avropa Cüdo Birliyinin təşkil etdiyi programlarda iştirakına dəstək oluruq.

Azərbaycanda cüdo idman növü populyar idman növlərindən biri hesab olunur. Müxtəlif illərdə Azərbaycanlı idmançıların qitə və dünya çempionatlarında, olimpiya çempionatlarında əldə etdiyi nailiyyətlər bu idman növünün daha da populyarlaşmasına səbəb olmuşdur. Bu populyarlıq uşaqlarda bu idman növünə həvəsin yaranmasına səbəb olur. Düşünürük ki, bu cür həvəs və maraq göstərən uşaqlar arasında əlilliyi olan uşaqlar da var. Lakin onlar üçün mövcud vəziyyətin əlverişsiz olması, bu idman növü ilə bağlı yaranmış arzularının yarımçıq qalmasına səbəb olur. Odur ki, mühüm dəyərləri özündə daşıyan cüdonun hər bir şəxs üçün əlçatan olması bizim fəaliyyətimizdə ən vacib istiqamətdir."

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:23

Kadi "Qarabağ"da qalır

Futbol
Bu gün, 12:09

Türkiyə Millisinin Həlledici Matçını İngilis Hakimlər İdarə Edəcək

Futbol
Bu gün, 12:00

Portuqaliya və Meksika yığmaları qolsuz heçə bürabər qaldı

Boks
Bu gün, 11:59

Tofiq Musayev əli qırılmış halda döyüşü davam etdirməsi və Bakıda döyüşmək istəyi barədə danışıb

Futbol
Bu gün, 11:42

"Barselona" Levandovskiyə maaşının azaldılması şərti ilə yeni müqavilə təklif edəcək

Futbol
Bu gün, 11:31

Cəlal Hüseynov: "Rəqib "dişimizə" görə idi"

Formula 1
Bu gün, 11:25

Kimi Antonellinin Yaponiya Qran-prisində Sensasiyalı Qələbəsi və Çempionat Liderliyi

Boks
Bu gün, 11:01

Tofiq Musayev "UFC Fight Night 271"-də Gecənin Döyüşü Bonusunu Qazandı

Formula 1
Bu gün, 11:01

Andrea Kimi Antonelli Yaponiya Qran-prisinin qalibi olub

Futbol
Bu gün, 11:00

Kay Haverts "Arsenal"dan Getməyəcəyini Bildirib

Futbol
Bu gün, 10:49

Neymar DÇ-2026 üçün zədə riskini azaltmaq məqsədilə oyun qrafikini dəyişir

Formula 1
Bu gün, 10:32

Formula 1 üzrə Yaponiya Qran-prisinin startı qəza səbəbindən təxirə salınıb

Boks
Bu gün, 10:31

Asəf Çopurov "UAE Warriors"də çempionluq kəmərini qorudu və növbəti qələbəsini qazandı - VİDEO

Futbol
Bu gün, 10:15

"Milan" 19 yaşlı monteneqrolu hücumçu Andrija Kostiçi transfer edir

Olimpiada
Bu gün, 10:14

İstanbul-2027 Avropa Oyunlarının proqramı təsdiqləndi: 26 idman növü daxildir

Boks
Bu gün, 09:58

Tofiq Musayev UFC-dəki ilk qələbəsindən sonra paylaşım edib

Futbol
Bu gün, 09:48

"Qarabağ"ın azarkeşi Zəfər Hacılı vəfat etdi, ölümündən əvvəl səhhəti ilə bağlı paylaşım etmişdi

Futbol
Bu gün, 09:46

"Barselona" Julian Alvarez transferində həddindən artıq maliyyə riskinə getməyəcək

Boks
Bu gün, 09:39

Tofiq Musayevin UFC-dəki ilk qələbəsindən sonra paylaşımı

Boks
Bu gün, 09:38

Tofiq Musayev ABŞ-da İqnasio Bahamondes üzərində qələbə qazanıb

Futbol
Bu gün, 09:33

"Milan" Andrey Kostiçin transferini tamamlayır

Basketbol
Bu gün, 09:28

Azərbaycan Basketbol Liqasının XX turunda "Şəki" - "Gəncə" oyunu keçiriləcək

Futbol
Bu gün, 09:08

"Bavariya" "Çelsi"nin müdafiəçisi Coş Açeamponqu transfer etmək niyyətindədir

Futbol
Bu gün, 08:10

Kay Haverts "Arsenal"dakı gələcəyindən danışdı

Oxşar xəbərlər