top
Santuş kimə güvənir? - ARAŞDIRMA İdman.biz
24 noyabr 2024, 14:52
- ↺ +

Santuş kimə güvənir? - ARAŞDIRMA

Millətlər Liqasının qrup mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, növbəti uğursuzluğunu yaşayan Azərbaycan millisi C liqasının 1-ci qrupunda sonuncu yeri tutub.

D liqasına yuvarlanan komandamız turnirdə 6 oyun keçirib. Qələbə əldə olunmadığı görüşlərdə baş məşqçi Fernandu Santuş 28 futbolçuya güvənib.

Santuşun "beşliy"i

Azərbaycan millisinin turnirdəki matçlarında əvəzolunmaz futbolçu olmayıb. Heç bir oyunçu 6 görüşdə 540 dəqiqə oynamayıb. Amma Santuş sərəncamındakı 5 futbolçuya bütün qarşılaşmalarda şans verib. Toral Bayramov, Aleksey İsayev, Bədavi Hüseynov, Ramil Şeydayev və Abbas Hüseynov Millətlər Liqasının 6 turunda da qələbəsizliyə üzülənlərdən olublar. Toral dəqiqə baxımından komanda yoldaşlarını qabaqlayıb. O, 494 dəqiqə meydanda olmaqla Santuşun ən çox güvəndiyi simadır.

Bombardir

"Dişsiz" futbol göstərən millimiz 6 oyunda vur-tut 3 qola imza atıb. Bu toplar iki futbolçunun hesabındadır. Daha çox – 2 qola imza atan Toral Bayramov yığmamızın Millətlər Liqasındakı bombardiri olub. Digər qola Renat Dadaşov imza atıb.

Cəza olmasaydı...

İki futbolçu keçirdiyi oyunlardakı əvəzolunmazlığı ilə diqqət çəkir. Elvin Cəfərquliyev 5 görüşün hərəsində 90 dəqiqə meydanda olub. Onun son turda da əvəzolunmaz qalmasına cəzalı duruma düşməsi səbəb olub. 2-ci sarı vərəqə Elvinin İsveçə yolunu bağlayıb.

İki qapıçı

Qapıçılardan Mehdi Cənnətov 4 matçda əvəzolunmadan meydanda olub. 11 top buraxan qolkiperi son turlarda Rza Cəfərov əvəzləyib. O, ilk görüşünü quru keçirsə də, İsveçdə 6 top buraxıb. Onun qol buramadığı qarşılaşma yığmamızın yeganə quru oyunu olub.

Cəzası "batanlar"

Sarı vərəqə üzündən cəzalı duruma düşən yeganə futbolçumuz Elvin Cəfərquliyev xəbərdarlıq sayında yeganə antirekordçumuz deyil. Daha iki futbolçu 2 sarı vərəqə ilə cəzalanıb. Bunlar Toral Bayramovla Amin Seydiyevdir. Amma onlar 2-ci xəbərdarlığı son turda alıblar. Bu üzdən onlar cəzalı duruma düşməyiblər. Bir sözlə, cütlüyün cəzası "batıb". Amma Elvin kimi Mahir Emreli də cəzalı durumla üzləşib. Hücumçumuz ikinci sarı vərəqəyə görə aldığı qırmızı vərəqə üzündən bir matç buraxıb.

Yalnız 12-si

Santuşun Millətlər Liqasında güvəndiyi 28 futbolçudan 12-si oyunların yarıdan çoxunda iştirak edib. Söhbət ən azı 4 dəfə meydana çıxanlardan gedir. Digər 16 oyunçu daha az şans qazanıb. Beş futbolçu isə yalnız bir dəfə şans qazanıb. Turnir ərzində yalnız iki futbolçu millidə debüt edib. Vadim Abdullayevlə Zamiq Əliyev hərəyə bir matçda Santuşun etimadını qazanıb.

Qeyd edək ki, yığmamız 6 qarşılaşmada 1 heç-heçə edib, 5 dəfə uduzub.

Futbolçu

O

D

Q

SV

QV

Toral Bayramov

6

494

2

2

0

Aleksey İsayev

6

478

0

0

0

Bədavi Hüseynov

6

475

0

0

0

Ramil Şeydayev

6

429

0

0

0

Abbas Hüseynov

6

343

0

0

0

Elvin Cəfərquliyev

5

450

0

2

0

Coşqun Diniyev

5

331

0

1

0

Ceyhun Nuriyev

5

225

0

0

0

Mehdi Cənnətov

4

360

-11

1

0

Renat Dadaşov

4

276

1

1

0

Rahil Məmmədov

4

275

0

0

0

Ozan Can Kökçü

4

193

0

1

0

Bəhlul Mustafazadə

3

265

0

1

0

Anton Krivotsyuk

3

225

0

1

0

Mahir Emreli

3

188

0

0

1

Emin Mahmudov

3

128

0

0

0

Amin Seydiyev

3

100

0

2

0

Nəriman Axundzadə

3

72

0

0

0

Rza Cəfərov

2

180

-6

0

0

Musa Qurbanlı

2

117

0

0

0

Qismət Alıyev

2

97

0

1

0

Elvin Camalov

2

85

0

0

0

Rüstəm Əhmədzadə

2

22

0

0

0

Emil Mustafayev

1

45

0

0

0

Zamiq Əliyev

1

45

0

0

0

Şəhriyar Əliyev

1

20

0

1

0

Vadim Abdullayev

1

2

0

0

0

Xəyal Nəcəfov

1

2

0

0

0

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Oxşar xəbərlər