"Özümü yaxşı hiss edirəm".
Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev deyib.
Bu il fevralın əvvəlində insult keçirən 51 yaşlı veteran hücumçu bildirib ki, müalicəsi davam edir: "Fizioterapiyaya gedirəm. Həkimlər artıq hər şeyin yavaş-yavaş düzəldiyini deyir. Bundan sonra daha iki ay da fizioterapiyalara gedəcəm. Səhhətimdəki irəliləyişin fərqindəyəm".
Vasilyev artıq iş təkliflərini gözlədiyini də vurğulayıb: "Artıq evdə oturmaq istəmirəm. Hazırda ilk təklif gəlib. "Şəfa" köməkçi məşqçi kimi xidmətimdə maraqlıdır. Əgər alınsa, gedib işləyəcəm".
Banuçiçək Hüseynli
İdman.biz