top
U-15 Avropa çempionatında daha 3 boksçumuz finala yüksəldi, 5 boksçumuz medal üçün yarışacaq Idman.biz
25 oktyabr 2025, 10:43
- +

U-15 Avropa çempionatında daha 3 boksçumuz finala yüksəldi, 5 boksçumuz medal üçün yarışacaq

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında yarımfinal döyüşləri başa çatıb.

İdman.Biz xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha üç idmançısı adını finala yazdırıb.

Nurlan Müseyibli (66 kq) Arda Fidanla (Türkiyə) gücünü yoxlayıb. Rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçu Avropa birinciliklərində ardıcıl üçüncü dəfə finala yüksəlib. Qitə çempionatının son qalibi həlledici görüşdə Evander Dikinsonla (İngiltərə) üz-üzə gələcək.

Yusif Ağakişiyev (75 kq) ardıcıl ikinci döyüşünü də vaxtından əvvəl xeyrinə bitirib. 1/4 finalda cəmi 45 saniyəyə tam üstünlüklə qalib gələn milli üzvü yarımfinalda Oleksandr Tomiçi (Ukrayna) ikinci raundda təslim edib. O, finalda Tomas O Reyli (İrlandiya) ilə qüvvəsini sınayacaq.

Mehran Rəsulov (80 kq) isə Valeri Todorovdan (Bolqarıstan) güclü olub. İlk raundu xeyrinə bitirən boksçu ikinci raundda tam üstünlüklə qalib gəlib. Rəsulov qızıl medal döyüşündə Serqiy Kotovski (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Digər boksçulardan Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) Avropa çempionatında bürünc medala sahib olublar.

Qeyd edək ki, bu gün baş tutacaq finallarda daha iki boksçumuz rinqə çıxacaq. Nəsrin Abdullazadə (40 kq) Madlin Laverik-Arnotla (İngiltərə), Xumar Cəfərli (75 kq) Yağmur Eryurtla (Türkiyə) üz-üzə gələcək.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:00

Portuqaliya millisinin sabiq qolkiperi dünya çempionatında şanse mövcuddur deyib

Futbol
Bu gün, 10:00

Portuqaliya millisinin sabiq qapıçısı dünya çempionatında olan şanslarını dəyərləndirdi

Futbol
Bu gün, 09:31

DÇ-2026-da 1/16 final mərhələsinin ilk oyunu - CAR və Kanada üz-üzə

Futbol
Bu gün, 09:08

Uruqvay millisinin yeni baş məşqçisi kim olacaq?

Güləş
Bu gün, 09:02

Azərbaycan cüdoçuları Sindao Qran-prisində uğurla çıxış ediblər

Futbol
Bu gün, 08:30

Uruqvay yığmasının çarter reysi ləğv olundu

Futbol
Bu gün, 08:15

Harri Keyn İngiltərənin dünya çempionatlarındaki ən çox qol vuran oyunçusudur

Futbol
Bu gün, 08:15

Lionel Messi dünya futbol tarixində yeni rekord müəllifi oldu

Futbol
Bu gün, 08:00

Kabo-Verde millisinin kapitanı təcavüz ittihamı ilə üzləşib

Digər
Bu gün, 08:00

Kabo-Verde futbolçusu təcavüzdə ittiham olunub

Futbol
Bu gün, 07:12

Kabo-Verde milli komandasının kapitanı seksual zorlamaqda şübhəli bilinir

Futbol
Bu gün, 06:06

Çenninq Tatum Erlinq Holand kimi Norveç - Fransa matçına qatılıb

Futbol
Bu gün, 05:50

DÇ-2026: Şotlandiya millisinin baş məşqçisi istefa verdi

Futbol
Bu gün, 05:14

Uruqvay millisinin çarter reysi ləğv edilib

Futbol
Bu gün, 04:27

İspaniya millisinin hücumçuları Pino və Uilyamsın zədələri diaqnoz qoyulub

Futbol
Bu gün, 03:51

DÇ-2026-nın 1/16 final mərhələsində Meksika-Ekvador qarşılaşması

Futbol
Bu gün, 03:39

Şotlandiya DÇ-2026 pley-offuna vəsiqə qazanmaq şansını itirib

Futbol
Bu gün, 03:24

Panama DÇ-2026-da qolsuz başa vurub

Futbol
Bu gün, 03:00

DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finalda

Futbol
Bu gün, 02:57

DÇ-2026: İngiltərə Panamaya qalib gələrək qrupu lider kimi bitirir

Futbol
Bu gün, 02:07

DÇ-2026: Xorvatiya Qananı 1:0 hesabı ilə məğlub edib - YENİLƏNİR + VİDEO

Futbol
Bu gün, 02:04

DÇ-2026: İngiltərə - Panama matçının ikinci hissəsi başlanıb

Futbol
Bu gün, 01:34

DÇ-2026: Xorvatiya Qana üzərində liderlik əldə edir

Futbol
Bu gün, 01:01

DÇ-2026: İngiltərə - Panama oyunu

Oxşar xəbərlər