top
Kişi boksçular arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib - YENİLƏNİB + FOTO Idman.biz
27 yanvar 2026, 21:18
- +

Kişi boksçular arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib - YENİLƏNİB + FOTO

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. 33 komandanın iştirakı ilə təşkil edilən yarışın VI günündə yarımfinal görüşləri baş tutub.

İdman.Biz bildirir ki, Azərbaycan Boks Federasiyasına istinadən bildirir ki, 10 çəki dərəcəsində 20 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Çempionatda final döyüşləri sabah keçiriləcək. Boks Mərkəzində təşkil olunan yarışın həlledici görüşlərinə saat 14:00-da start veriləcək.

Azərbaycan çempionatı
27 yanvar

Kişilər
1/2 final

50 kq
Bilalhəbaşi Nəzərov ("Dəmir Yumruq" BİK) – Yusif Soltanov ("Neftçi" İK) – birinci mərhələ adlayıb
Kənan Babayev (MOİK) – Ucal Musayev (Naxçıvan MR) – ikinci mərhələ adlayıb

55 kq
Nicat Hüseynov ("Neftçi" İK) – Zidan Hünbətov ("Dəmir Yumruq" BİK) – 3:2
Zəlimxan Süleymanov (MOİK) – Amin Məmmədzadə ("Qızıl əlcək" İK) – 0:5

60 kq
Məhəmmədəli Aşırəliyev ("Neftçi" İK) – Tağı Nəsibov ("Neftçi" İK) – 5:0
Tayfur Əliyev ("Neftçi" İK) – Məhəmmədəli Qasımzadə ("Dəmir Yumruq" BİK) – 2:3

65 kq
Maqsud Xasmetov ("Abşeron" İK) – Əli Abdullayev ("Zabit Səmədov" DM) – birinci ikinci raundda tam üstünlüklə qalib gəlib
Malik Həsənov ("Neftçi" İK) – Cəlal Qurbanov (MOİK) – 3:2

70 kq
Sərxan Əliyev ("Neftçi" İK) – Vüqar Məmmədov (DİN İC) – 5:0
Nicat Alırzayev ("Dəmir Yumruq" BİK) – Nəbi İsgəndərov ("Neftçi" İK) – 0:5

75 kq
Abbasqulu Şadlinski ("Dəmir Yumruq" BİK) – Nurlan Məlikov (Sumqayıt) – 5:0
Novruzəli Quliyev (MOİK) – Rasim Çobanlı (DİN İC) – 0:5

80 kq
Murad Allahverdiyev ("Neftçi" İK) – Ayxan Həsənov (FHN İK) – birinci üçüncü raundda tam üstünlüklə qalib gəlib
Həsən Osmanlı ("Qızıl əlcək" İK) – Fəqan Məmmədov (MOİK) – 5:0

85 kq
Ruslan Qəhrəmanov (DİN İC) – İbrahim İsmayılov (Z-1 İK) – 3:2
Ramal Həsənli (MOİK) – Seyfəli Yusifzadə (KNOUT) – birinci mərhələ adlayıb

90 kq
Sürət Qarayev ("Səbail" İK) – Hüseyn Hüseynli (AHİTA) – 5:0
Bayram Əhədov ("Neftçi" İK) – Rauf Rəhimov ("Neftçi" İK) – ikinci qalib gəlib

+90 kq
Kənan Nəcəfov (Z-1 İK) – Batraz Mildzoxov (ABF) – ikinci qalib gəlib
Mirxəyal Məmmədov (Gəncə) – Səbuhi Əlizadə (Gəncə) – ikinci qalib gəlib

Qeyd edək ki, bu gün qadın boksçuların Azərbaycan çempionatına yekun vurulub.

16:38

Bu gün qadın boksçular arasında Azərbaycan çempionatında final döyüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Bakı Boks Mərkəzində təşkil edilən yarışda 55 kq çəkidə Lalə Mədətova qalib adına layiq görülüb.

Z-1 İdman Klubunun yetirməsi finalda Mehparə Məmmədovadan (MOİK) güclü olub – 5:0.

Cəmilə Sultanlı (51 kq, Sumqayıt) da Azərbaycan çempionu tituluna yiyələnib. O, həlledici görüşdə Günel Rəhimovanı (DİN İC) 5:0 hesabı ilə məğlub edib.

Emili Rzayevanın ("Neftçi" İK) finalda rəqibi Səlbi Bayramova (Sumqayıt) olub. Hər 3 raundu xeyrinə bitirən Bakı təmsilçinin idmançısı yekunda 5:0 hesabı ilə qələbə qazanaraq, 60 kq çəki dərəcəsində birinci olub.

Fatimə Mehdiyeva (Gəncə) isə final görüşünün taleyinə ilk raundda aydınlıq gətirib. İlk raundda Leyli Bayramovaya (Quba) tam üstünlüklə qalib gələn Gəncə boksçusu 65 kq çəkidə ölkənin ən güclüsü adına sahib çıxıb.

Qeyd edək ki, yarışda Güləndam Aslanova (60 kq, "Qızıl əlcək" İK) və Özləm Həsənova (65 kq, AHİTA) çempionatı bürünc medalla başa vurub.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:44

Kurban Berdıyev: "Əvəzetmələrdən sonra təşəbbüsü əldən verdik"

Olimpiada
Bu gün, 19:43

BOK İnfantinonun Sülh Şurasında iştirakının qanuniliyini nəzərdən keçirəcək

Futbol
Bu gün, 19:41

Kurban Berdiyev: "Turnir cədvəlinə fikir vermirik" ("Turan Tovuz" - "Zirə" matçı sonrası mətbuat konfransı)

Futbol
Bu gün, 19:30

"Sumqayıt" - "Qəbələ": Oyun başladı

Futbol
Bu gün, 19:30

"Sumqayıt" - "Qəbələ" oyunu: Matçın hakimi və digər təfərrüatlar

Futbol
Bu gün, 19:28

Yüksək Qızlar Liqasının daha iki oyunu FIFA+ TV-də yayımlanacaq

Voleybol
Bu gün, 19:27

Voleybol üzrə Qadınlar arasında Azərbaycan Yüksək Liqasının XIV Turunun Nəticələri

Futbol
Bu gün, 19:27

Oyun alqı-satqısında şübhəli bilinən Superliqa klublarının rəhbərləri saxlanıldı

Futbol
Bu gün, 19:22

Rəşad Sadıqov: "Həmin dəqiqələrdə komandada çaşqınlıq var idi"

Futbol
Bu gün, 19:19

Messi və Suaresin oğullarının "İnter Mayami"dəki qol sevinci sosial mediada viral oldu

Futbol
Bu gün, 19:11

Nəriman Axundzadənin "Kolambus Kryu"ya keçidi ləngiyə bilər

Futbol
Bu gün, 19:03

"Qarabağ" Futbol Akademiyasına Nigeriyadan iki oyunçu gətiriləcək

Futbol
Bu gün, 18:59

Azərbaycan Kubokunda 1/4 Final Cavab Oyunlarının Cədvəli Açıqlandı

Futbol
Bu gün, 18:54

"Turan Tovuz" "Zirə"ni məğlub etdi

Futbol
Bu gün, 18:53

"Turan Tovuz" "Zirə"ni 2:0 hesabı ilə məğlub etdi: Oyunun təfərrüatları + VİDEO

Futbol
Bu gün, 18:51

"Turan Tovuz" "Zirə"ni məğlub edərək turnir cədvəlində irəlilədi

Futbol
Bu gün, 18:38

"Sabah" "Birminhem"in yetirməsi Qodfred Boakini icarəyə götürüb

Futbol
Bu gün, 18:38

"Şəmkir" İman Müseyibovu transfer etdi

Futbol
Bu gün, 18:33

"Sabah" Belçikalı Müdafiəçi Qodfred Boakini İcarəyə Götürüb

Futbol
Bu gün, 18:29

"Sabah" "Birmingem"dən Qodfred Boakini icarəyə götürdü - RƏSMİ

Futbol
Bu gün, 18:28

"Sabah" "Birminhem"in yetirməsi Qodfred Boakini icarəyə götürüb

Futbol
Bu gün, 18:26

"Nyukasl"dan "Qarabağ"a qarşı oyunda 27 illik ÇL rekordu

Futbol
Bu gün, 18:22

"Sumqayıt" - "Qəbələ": Heyətlər və Oyun Öncesi Analiz

Futbol
Bu gün, 18:21

Neymar karyerasını başa vura biləcəyini istisna etmir

Oxşar xəbərlər