top
Boksçularımızdan Avropa çempionatında daha bir medal İdman.biz
20 oktyabr 2024, 18:12
- +

Boksçularımızdan Avropa çempionatında daha bir medal

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək boksçular arasında Avropa çempionatında daha bir medal qazanıb.

İdman.biz xəbər verir ki, yığmamızın aktivinə növbəti mükafatı Nicat Hüseynov yazdırıb.

51 kq-da çıxış edən boksçumuz qitə birinciliyini gümüş medalla başa vurub. Bu, Hüseynovun Avropa çempionatlarında qazandığı 3-cü medal olub. O, daha öncə U-22-lər arasında çempion tituluna yiyələnib.

Yığmamızın Sofiyada əldə etdiyi medalların sayı isə 3-ə yüksəlib. Hüseynovdan öncə Tural Sarıyev (48 kq) ikinci, Marjona Savriyeva (50 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, bu gün yığmamızın daha 1 boksçusu final qarşılaşmasına çıxacaq.

***

17:20

Azərbaycan boksçusu Tural Sarıyev U-23 Avropa çempionatında gümüş medal qazanıb.

İdman.biz xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü bu mükafata Bolqarıstanın paytaxtı Sofiyada nail olub.

İlk iki görüşündə müvafiq olaraq Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə) məğlub edən Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşdığından Tural Avropa çempionatını ikinci yerdə bitirib.

Bu, millimizin yarışda qazandığı ikinci medal olub. Sarıyevdən öncə Marjona Savriyeva (50 kq) bürünc mükafata yiyələnib.

Qeyd edək ki, bu gün yığmamızın daha 2 boksçusu final qarşılaşmasına çıxacaq.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:21

Aston Villa 22,5 milyon avro cərimələndi

Tennis
Bu gün, 06:52

Serena Uilyams Uimbldonda ilk matçında məğlub olur

Futbol
Bu gün, 06:15

Milan Qonsalu Ramuşu transfer edib

Futbol
Bu gün, 05:11

Paolo Maldini İtaliya milli komandasının texniki direktoru ola bilər

Futbol
Bu gün, 04:12

Kleman Lanqle “Benfika”ya keçib

Futbol
Bu gün, 03:18

Mbappe 2026-cı il dünya çempionatında Messi ilə qol vuranda.shared

Futbol
Bu gün, 03:06

DÇ-2026: Fransa İsveçi məğlub edib

Futbol
Bu gün, 03:00

Fransa İsveçi məğlub edib 1/8 finala yüksəldi

Futbol
Bu gün, 02:46

Norveç futbolçusu keçmiş məğlubiyyəti xatırlamır

Futbol
Bu gün, 02:35

DÇ-2026: Fransa - İsveç matçında hesab arasındakı fərq artıb

Futbol
Bu gün, 02:31

Ronald Kuman Niderland millisinin baş məşqçisi vəzifəsindən istefa verdi

Futbol
Bu gün, 02:13

DÇ-2026: Fransa İsveçi məğlub edib - YENİLƏNİR + VİDEO

Futbol
Bu gün, 02:05

DÇ-2026: Fransa İsveçə qalib gələ bilər

Futbol
Bu gün, 01:55

Ruben Amorim “Milan”a “Mançester Yunayted”in müdafiəçisini gətirməyə çalışır

Futbol
Bu gün, 01:50

DÇ-2026: Fransa - İsveç matçında fasilədir - hesab 1:0

Futbol
Bu gün, 01:46

DÇ-2026: Fransa və İsveç arasında matç başlayıb

Futbol
Bu gün, 01:34

Ronald Kuman millinin baş məşqçisi vəzifəsindən istefa verib

Futbol
Bu gün, 01:16

Eldor Şomurodov DÇ-2026-nın qrup mərhələsinin ən yaxşı qoluna sahib olub

Futbol
Bu gün, 01:00

DÇ-2026: Fransa İsveçlə qarşılaşır

Futbol
Bu gün, 00:53

Droqba Kot-d'İvuar-Norveç matçında hakimləri tənqid edib

Futbol
Bu gün, 00:34

Norveçli oyunçu Braziliya ilə matç haqqında danışdı

Futbol
Bu gün, 00:21

Stefan de Vrey “Panatinaikos”a keçib

Futbol
Dünən, 23:59

"Səbail" Vüsal Məsimovla müqavilə imzalayıb

Futbol
Dünən, 23:45

Erling Holand milli komandada qol sayına görə Kilian Mbappeyə çatıb

Oxşar xəbərlər