top
Boks üzrə Azərbaycan çempionatına yekun vurulub: qaliblər müəyyənləşdi - FOTO Idman.biz
29 yanvar 2026, 11:23
- +

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub: qaliblər müəyyənləşdi - FOTO

Kişi və qadın boksçular arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

İdman.Biz xəbər verir ki, bu barədə Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 33 komandanın 166 idmançısı qüvvəsini sınayıb. 7 gün davam edən turnirin son günündə kişilər arasında 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Final görüşlərini gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov, Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov və digər federasiyaların rəsmiləri də izləyiblər.

Döyüşlərdən öncə Azərbaycan boksçularının 2025-ci il ərzində qatıldığı beynəlxalq turnirlər və qazandığı uğurlarla bağlı videorolik nümayiş etdirilib. Ardınca gənclər və idman naziri Fərid Qayıbov boks üzrə milli komandalarımızın beynəlxalq yarışlarda inamlı çıxışını, Sübhan Mamedovun 19 yaşında dünya çempionu olmasını yüksək qiymətləndirib. O, Azərbaycan çempionatının yüksək səviyyədə təşkilini, finallarda gənclərin üstünlük təşkil etdiyini və bunun sevindirici olduğunu xüsusi vurğulayıb.

Daha sonra Azərbaycanın ən güclü boksçuları müəyyənləşib. Rəsmi qonaqlar 50 kq və 55 kq çəki dərəcəsində ilk 3 yerin sahiblərini mükafatlandırıblar.

Həlledici döyüşlərdə qalib gələn Bilalhəbaşi Nəzərov, Nicat Hüseynov, Məhəmmədəli Aşırəliyev, Maqsud Xasmetov, Nəbi İsgəndərov, Abbasqulu Şadlinski, Murad Allahverdiyev, Ramal Həsənli, Rauf Rəhimov və Batraz Mildzoxov çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında "Neftçi" İdman Klubu 6 qızıl, 2 gümüş və 5 bürünc medalla birinci yeri tutub. İkinci pilləyə "Dəmir Yumruq" Boks İdman Klubu (2-1-2) yiyələndiyi halda, "üçlüy"ü MOİK (1-1-5) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Məhəmmədəli Aşurəliyev layiq görülüb. Qalib Əbiyev ən yaxşı rinq, Elxan Quliyev ən yaxşı yan hakim seçilib.

Qeyd edək ki, qadın boksçuların mübarizəsinə 1 gün öncə yekun vurulub. Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (51 kq), Emili Rzayeva (60 kq) və Fatimə Mehdiyeva (65 kq) çempion tituluna yiyələniblər.

Azərbaycan çempionatı
28 yanvar
Kişilər
Final
50 kq

Bilalhəbaşi Nəzərov ("Dəmir Yumruq" BİK) – Ucal Musayev (Naxçıvan MR) – 5:0

55 kq

Nicat Hüseynov ("Neftçi" İK) – Amin Məmmədzadə ("Qızıl əlcək" İK) – 5:0

60 kq

Məhəmmədəli Aşırəliyev ("Neftçi" İK) – Məhəmmədəli Qasımzadə ("Dəmir Yumruq" BİK) – 5:0

65 kq

Maqsud Xasmetov ("Abşeron" İK) – Malik Həsənov ("Neftçi" İK) – 4:1

70 kq

Sərxan Əliyev ("Neftçi" İK) – Nəbi İsgəndərov ("Neftçi" İK) – 0:5

75 kq

Abbasqulu Şadlinski ("Dəmir Yumruq" BİK) – Rasim Çobanlı (DİN İC) – ikinci zədələndiyi üçün birinci qalib elan olunub

80 kq

Murad Allahverdiyev ("Neftçi" İK) – Həsən Osmanlı ("Qızıl əlcək" İK) – 5:0

85 kq

Ruslan Qəhrəmanov (DİN İC) – Ramal Həsənli (MOİK) – 0:5

90 kq

Sürət Qarayev ("Səbail" İK) – Rauf Rəhimov ("Neftçi" İK) – 0:5

+90 kq

Batraz Mildzoxov (ABF) – Səbuhi Əlizadə (Gəncə) – birinci tam üstünlüklə qalib gəlib

Bütün mükafatçılar

50 kq

1. Bilalhəbaşi Nəzərov ("Dəmir Yumruq" BİK)

2. Ucal Musayev (Naxçıvan MR)

3. Yusif Soltanov ("Neftçi" İK)

3. Kənan Babayev (MOİK)

55 kq

1. Nicat Hüseynov ("Neftçi" İK)

2. Amin Məmmədzadə ("Qızıl əlcək" İK)

3. Zidan Hünbətov ("Dəmir Yumruq" BİK)

3. Zəlimxan Süleymanov (MOİK)

60 kq

1. Məhəmmədəli Aşırəliyev ("Neftçi" İK)

2. Məhəmmədəli Qasımzadə ("Dəmir Yumruq" BİK)

3. Tağı Nəsibov ("Neftçi" İK)

3. Tayfur Əliyev ("Neftçi" İK)

65 kq

1. Maqsud Xasmetov ("Abşeron" İK)

2. Malik Həsənov ("Neftçi" İK)

3. Əli Abdullayev ("Zabit Səmədov" DM)

3. Cəlal Qurbanov (MOİK)

70 kq

1. Nəbi İsgəndərov ("Neftçi" İK)

2. Sərxan Əliyev ("Neftçi" İK)

3. Nicat Alırzayev ("Dəmir Yumruq" BİK)

3. Vüqar Məmmədov (DİN İC)

75 kq

1. Abbasqulu Şadlinski ("Dəmir Yumruq" BİK)

2. Rasim Çobanlı (DİN İC)

3. Nurlan Məlikov (Sumqayıt)

3. Novruzəli Quliyev (MOİK)

80 kq

1. Murad Allahverdiyev ("Neftçi" İK)

2. Həsən Osmanlı ("Qızıl əlcək" İK)

3. Ayxan Həsənov (FHN İK)

3. Fəqan Məmmədov (MOİK)

85 kq

1. Ramal Həsənli (MOİK)

2. Ruslan Qəhrəmanov (DİN İC)

3. Seyfəli Yusifzadə (KNOUT)

3. İbrahim İsmayılov (Z-1 İK)

90 kq

1. Rauf Rəhimov ("Neftçi" İK)

2. Sürət Qarayev ("Səbail" İK)

3. Bayram Əhədov ("Neftçi" İK)

3. Hüseyn Hüseynli (AHİTA)

+90 kq

1. Batraz Mildzoxov (ABF)

2. Səbuhi Əlizadə (Gəncə)

3. Kənan Nəcəfov (Z-1 İK)

3. Mirxəyal Məmmədov (Gəncə)

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
Dünən, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
Dünən, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
Dünən, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
Dünən, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
Dünən, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
Dünən, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
Dünən, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
Dünən, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
Dünən, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
Dünən, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
Dünən, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
Dünən, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
Dünən, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
Dünən, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
Dünən, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
Dünən, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
Dünən, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
Dünən, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
Dünən, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
Dünən, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
Dünən, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
Dünən, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
Dünən, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər