Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə peşəkar karyerasını bərpa etmək qərarına gəlib.
İdman.Biz-in məlumatına görə, o, sabah Niderlandın Arnhem şəhərində keçiriləcək "Glory 108" turnirində rumıniyalı döyüşçü Kristian Rista ilə döyüşəcək.
Oktyabr ayında Rəcəbzadə mərakeşli Tarik Kbabezə məğlub olduqdan sonra etiraz olaraq karyerasını bitirdiyini elan etmiş və döyüşün nəticəsindən narazılığını bildirmişdi.