Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci matçları çərçivəsində növbəti oyun keçiriləcək.
İdman.biz xəbər verir ki, günün yeganə oyununda "Sərhədçi" "Xəzri" ilə üz-üzə gələcək.
Birinci görüşdə uduzan "sərhədçilər" yarımfinal şanslarını saxlamaq üçün mütləq qalib gəlməlidilər. Rəqib isə uğurunu təkrarlayıb mərhələ adlamaq arzusundadır.
Qeyd edək ki, bu duelin qalibi yarımfinalda NTD-İNDİQO ilə qarşılaşacaq. "Neftçi"ni məğlub edən "Xırdalan" isə "Sabah"la qarşılaşacaq.
Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsi
1/4 final
3 may
19:30. "Sərhədçi" – "Xəzri" - 61:44 (17:15, 27:17, 17, 120:0)
"Sərhədçi" İdman Mərkəzi
İlk oyun: 64:98
İdman.biz