"Şəki" basketbol klubu növbəti transferini reallaşdırıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi türkiyəli Dorukhan Kuzunu heyətinə qatıb.
20 yaşlı basketbolçunun boyu 1.95 metrdir.