"Çelsi" futbol klubu barədə paylaşımlar edən "Against the World" adlı azarkeş səhifəsi London klubunun hücum xətti ilə bağlı maraqlı fikir irəli sürüb.
İdman.Biz xəbər verir ki, azarkeş səhifəsi Nikolas Cekson və Liam Delapı satmağı və ya uzunmüddətli icarəyə göndərilməsini klub rəhbərliyindən istəyiblər:
"Nikolas Cekson və Liam Delap heyətdən çıxarılmalıdır. Bunun daimi transfer və ya mövsümlük icarə yolu ilə baş verməsi fərq etmir. Mən Emanuel Emeqa və Dastan Satpayevin komandada qalmasını istəyirəm".
Hazırda Qazaxıstan millisinin hücumçusu Dastan Satpayev "Çelsi" ilə mövsümöncəsi hazırlıq prosesini davam etdirir. Komandanın baş məşqçisi Xabi Alonso hazırlıq mərhələsinin yekununda futbolçunun gələcək taleyi ilə bağlı qərar verəcək.
Satpayev artıq London təmsilçisinin heyətində iki yoxlama oyununda meydana çıxıb.