Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçiriləcək.
İdman.biz xəbər verir ki, "Sabah"la "Xəzri" arasında 3-cü duel baş tutacaq.
Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində baş tutacaq. Hərəyə bir qələbə qazanan rəqiblər seriyada önə keçmək üçün mübarizə aparacaq.
Qeyd edək ki, komandalar arasında növbəti matç mayın 24-də keçiriləcək.
Azərbaycan Basketbol Liqası
Final, 3-cü oyun
22 may
19:30. "Sabah" – "Xəzri"
"Sərhədçi" İdman Mərkəzi
Seriyada hesab – 1:1
İdman.biz