top
Sabah Fransa millisinin basketbolçusu Jan-Mark Pansa ilə müqavilə imzalayıb Idman.biz
05 avqust 2025, 10:51
- +

"Sabah" Fransa millisinin basketbolçusu Jan-Mark Pansa ilə müqavilə imzalayıb

"Sabah" mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu Fransa millisinin 27 yaşlı basketbolçusu Jan-Mark Pansa ilə 2 illik müqavilə imzalanıb.

207 sm boya malik yeni transfer ağır forvard mövqeyində çıxış edir.

Pansa son olaraq Fransanın Betclic ELITE ProA liqasının iştirakçısı "JL Bourg en Bresse" komandasında oynayıb. Orada keçirdiyi 34 oyunda orta hesabla 7.3 xal və 3.9 ribaund toplayaraq komandasına yarımfinala yüksəlməyə kömək edib. Pansa, həmçinin Eurocup turnirində 18 oyunda çıxış edərək, 8.1 xal, 3.7 ribaund və 1.1 blok ortalaması ilə oynayıb. 2023/2024 mövsümündə Fransanın digər komandası "Boulazac Basket" (ProB) üçün çıxış edib.

Pansa 2024-cü ildən Fransa milli komandasına çağırılır. O, daha əvvəl Fransada "Olympique Antibes", "Pole France", "JSF Nanterre" və "Nanterre" komandalarında da çıxış edib. Karyerası ərzində bir sıra mükafatlara layiq görülən Jan-Mark 2024-cü ildə Fransanın ProB liqasında final seriyasında çıxış edib. Həmin il Eurobasket.com tərəfindən Fransanın ProB liqasında "ilin ən yaxşı yerli oyunçusu" seçilib.

Qeyd edək ki, "Sabah" 2025/2026 mövsümündə Çempionlar Liqasında oynayacaq.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:30

İran millisinin baş məşqçisi: Dövlət televiziyasının təzyiqi oyunçuların Avstraliyada qalmaq qərarına təsir edib

Futbol
Bu gün, 12:19

Pedro Netu "Arsenal" matçında qeyri-idman hərəkətinə görə cəzalandırılıb

Futbol
Bu gün, 12:00

"Araz-Naxçıvan" Coşqun Diniyevi "Şamaxı" ilə oyunda itirdi

Güləş
Bu gün, 11:59

Ruzanna Məmmədova: "Zədədən sonra ilk yarışım idi"

Boks
Bu gün, 11:39

İliya Topuriya boşanma səbəbindən karyerasında fasilə verib

Futbol
Bu gün, 11:30

UEFA rəhbərliyi FİFA-nın Klublararası Dünya Kuboku planlarına qarşı çıxır

Basketbol
Bu gün, 11:26

Azərbaycan qadın basketbol millisi Monteneqro ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:19

Nəriman Axundzadə və Andre Qomeş "Kolambus Kru"nun stadionunda - FOTO

Basketbol
Bu gün, 11:00

Azərbaycan Basketbol Liqası: Bu gün 19-cu turda A qrupu matçları keçiriləcək

Basketbol
Bu gün, 11:00

Azərbaycan qadın basketbol millisi FIBA Çempionlar Kubokunda İspaniya ilə qarşılaşacaq

Basketbol
Bu gün, 10:33

Azərbaycan Basketbol Liqası: XIX Turun A Qrupu Oyunları Bu Gün Keçiriləcək

Futbol
Bu gün, 10:30

"Napoli" Heylundu birdəfəlik transfer etmək niyyətindədir

Futbol
Bu gün, 10:21

"Zirə" - "Qarabağ" oyununun anonsu: Misli Premyer Liqasının 24-cü turu

Güləş
Bu gün, 10:17

U-23 Avropa çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin bugünkü çıxışları

Futbol
Bu gün, 10:01

Andrey Şevçenko "Milan"ın bazasında: Keçmiş komanda yoldaşları ilə görüş

Güləş
Bu gün, 10:00

Toğrul Əsgərov: U-23 Avropa çempionatında qadın güləşçilərimizin çıxışı böyük nəticədir

Futbol
Bu gün, 10:00

"Qarabağ" Sanqare üçün 4 milyon avro ödəyəcəkmi?

Futbol
Bu gün, 10:00

"Barselona" hücum xəttini gücləndirmək üçün Rashford və Neto variantlarını dəyərləndirir

Futbol
Bu gün, 09:41

"İmişli" - "Sabah" Misli Premyer Liqası Qarşılaşması: Matç Bu Gün

Basketbol
Bu gün, 09:38

FIBA Çempionlar Kuboku: Azərbaycan qadın 3x3 basketbol millisi İspaniya ilə oynayacaq

Güləş
Bu gün, 09:23

Ruzanna Məmmədova: Əməliyyatdan sonra da Avropa çempionatında medal qazanmaq məqsədim var idi

Futbol
Bu gün, 09:19

"Mançester Yunayted" David Raumu transfer etmək istəyir

Futbol
Bu gün, 09:15

UEFA "Adidas" ilə Çempionlar Liqası Əməkdaşlığına Son Verə Bilər

Futbol
Bu gün, 09:00

"Sabah" və "Qarabağ" bu gün Premyer Liqada oynayacaqlar

Oxşar xəbərlər