ABL-nın pley-off mərhələsində "Xırdalan"ın "Neftçi"yə 76:73 hesabı ilə qalib gəldiyi oyundan sonra yaşanan insidentin səbəbi bəlli olub.
İdman.bizin əldə etdiyi məlumata görə, qalmaqala "Xırdalan"nın basketbolçusu Zeyver Brier səbəb olub.
Amerikalı ilə "ağ-qaralar"ın köməkçi məşqçisi Fərid Əmirov arasında oyunun gedişində mübahisə yaranıb. Matç sonlandıqdan sonar Brierin "evə gedin" ifadəsini işlətməsi Əmirovu özündən çıxarıb.
Mütəxəssis rəqibin texniki heyəti üzərinə hücum edib. Onu sakitləşdirmək mümkün olub. Sonradan kənarda danışan hadisə iştirakçıları barışıblar.
Qeyd edək ki, "Xırdalan" hər 2 oyunda "Neftçi"yə qalib gələrək yarımfinala yüksəlib. Onlar bu mərhələdə "Sabah"la qarşılaşacaqlar.
Emin Ağa
İdman.biz