Basketbolun 3x3 növü üzrə milli komandaların reytinq cədvəli açıqlanıb.
İdman.biz xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi 350,556 xalla 6-cı yerdə qərarlaşıb.
Yığmamız 3 pillə geriləyib. Millimiz Kanada (694,356), Çin (544,453), Fransa (404,590), Almaniya (399,198) və İspaniyadan (369,706) geri qalır.
Qeyd edək ki, kişilərin reytinq siyahısına Serbiya başçılıq edir – 3018,446 xal.
İdman.biz