top
Kamran Məmmədov: Sabahda əsas motivasiyam bu güclü komandada oynamağa layiq olduğumu sübut etməkdir Sport24.az
28 iyun 2025, 14:40
- +

Kamran Məmmədov: "Sabah"da əsas motivasiyam bu güclü komandada oynamağa layiq olduğumu sübut etməkdir

"Sabah"ın yeni transferi Kamran Məmmədov klubunun mətbuat xidmətinə müsahibə verib. Sport24.az xəbər verir ki, 2 ildən sonra "Neftçi"dən Bakı təmsilçisinə qayıdan basketbolçu hədəflərini açıqlayıb.

 

- "Sabah"a qayıdacağınızı eşidəndə hansı hissləri keçirdiz?

- Çox sevinirdim. Çünki iki ildən sonra doğma yerə qayıdıram. Kluba mənə göstərdiyi etimada görə təşəkkür edirəm. Ümid edirəm ki, bunu doğruldacam.

 

- Komanda bu iki ildə necə dəyişib?

- "Sabah" bu iki ildə çox inkişaf edib. Düşünürəm ki, komanda basketbolda böyük iş görüb. İki ildə iki-üç pillə yüksəlib.

 

- Kluba keçdikdən sonra əsas motivasiyanız nədir?

- Əsas motivasiyam bu güclü komandada oynamağa layiq olduğumu sübut etməkdir.

 

- Son 2 ildə həm oyunçu, həm insan kimi nədə inkişaf etdiz?

- Məncə, həm oyunçu, həm də insan kimi əsas uğurum böyüməkdir. Daha çox təcrübə qazandım. Ümid edirəm ki, bu təcrübəni oynayacağımız səviyyədə tətbiq edə bilərəm.

 

- "Sabah"da reallaşdırmaq istədiyiniz məqsədləriniz varmı?

- Avropa və Azərbaycanda sübut etmək istəyirik ki, klubumuz Çempionlar Liqasında yaxşı oynaya bilər.

 

- Azarkeşlərə nə demək istərdiz?

- Etimadınıza görə təşəkkür edirəm. Sizi oyunlarda gözləyirik. Hamınızı görməyə şad olaram. Gəlin "Sabah"a azarkeşlik edin.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:26

Neftçi UEFA Çempionlar Liqasında rəqibini bilib

Futbol
Bu gün, 17:23

DÇ-26: İsveçrə Bosniya və Herseqovina ilə üz-üzə

Futbol
Bu gün, 17:20

Boka Xuniors Edinson Kavanini buraxır

Futbol
Bu gün, 17:12

Tomas Tuxelin FIFA-ya Çağırışı: Fotoqraflar Himn Anını Korladı

Futbol
Bu gün, 17:10

Dünya Çempionatında İkinci Tur Oyunları Başlayır

Futbol
Bu gün, 17:09

Dünya çempionatında şərhçi Uorren Bartona zərər yetiriblər

Futbol
Bu gün, 16:52

Rahid Əmirquliyev futbolçu karyerasını başa vurmağa hazırlaşır

Digər
Bu gün, 16:03

Cahangir Fərəcullayev UEFA Marketinq Komitəsinə seçilib

Futbol
Bu gün, 15:54

Özbəkistan millisi mundialda nümunəvi davranışı ilə diqqət çəkib

Voleybol
Bu gün, 15:48

Azərbaycanlı hakim Gümüş Avropa Liqasında

Futbol
Bu gün, 15:40

DÇ-2026: Abbosbek Fayzullayev ən bəstəboylu oyunçu oldu

Futbol
Bu gün, 15:33

Şotlandiya azarkeşləri DÇ-2026-da səs rekordunu qırmaqdan danışır

Futbol
Bu gün, 15:20

Özbəkistan Prezidenti mundialdakı ilk qolu qələbə adlandırıb

Tennis
Bu gün, 14:58

Azərbaycan parastolüstü tennisçiləri Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq

Futbol
Bu gün, 14:40

Şahdağ Qusar" Qəbələ"nin futbolçusunu icarəyə götürdü

Futbol
Bu gün, 14:16

“Kəpəz”ə Azər Məmmədov baş çi return ola bilər

Futbol
Bu gün, 14:13

Fənərbağçanın yeni baş məşqçisi İsmail Kartal oldu

Futbol
Bu gün, 14:09

Araz-Naxçıvan" cinah yarımmüdafiəçi ilə müqavilə bağladı

Minifutbol
Bu gün, 13:53

"Araz-Naxçıvan" İbrahim Piriyevlə müqavilənin müddətini uzadıb

Futbol
Bu gün, 13:39

Difai FK-nin yeni baş məşqçisi Şəhriyar Məmmədov olub

Futbol
Bu gün, 13:20

Çelsi Dieqo Kostaya maraqlanır

Futbol
Bu gün, 13:09

Real Madrid İbrahima Konateni transfer edib

Futbol
Bu gün, 12:53

Cud Bellinqem: “Bəzən tənqidlərə layiq oluram”

Futbol
Bu gün, 12:40

Mark Kukurella: "Real"ın ruhuna uyğun düşüncə tərzim var

Oxşar xəbərlər