top
Kamran Məmmədov: Çempionlar Liqasında keyfiyyətli oyun sərgiləmək istəyirik Idman.biz
17 sentyabr 2025, 16:39
- +

Kamran Məmmədov: Çempionlar Liqasında keyfiyyətli oyun sərgiləmək istəyirik

"Sabah" klubunun basketbolçusu Kamran Məmmədovun "Report"a müsahibəsi

- Komandanın Litvadakı təlim-məşq toplanışı başa çatıb. Hazırlıq prosesi necə keçib?

- Təlim-məşq toplanışı əla alındı. Düşünürəm ki, klub olaraq yeni mövsümə tam hazırıq.

- Toplanış zamanı Litvanın bir neçə kollektivlə üz-üzə gəldiniz. Keçirdiyiniz yoxlama oyunları ilə bağlı nə deyə bilərsiniz?

- Yoxlama matçlarının yaxşı keçdiyini deyə bilərəm. İlk və son qarşılaşmaları müqayisə etsək, nə qədər böyük həcmdə iş ortaya qoyduğumuzu görmək olar.

- "Sabah" siz də daxil olmaqla mövsümöncəsi bir neçə transfer gerçəkləşdirib. Yeni oyunçular kollektivə tam uyğunlaşıb?

- Özüm də klubda yeniyəm. Uyğunlaşma prosesi sürətli keçdi. Komanda daxilində çox yaxşı dostluq ab-havası var.

- "Sabah" Azərbaycan Basketbol Liqasında yenə favoritdir. Növbəti çempionluğa inanırsınız?

- Əvvəlcədən nəsə demək düzgün olmaz. İlk növbədə öz oyunumuzla statusumuzu göstərməliyik. Sonra qızıl medala layiq olduğumuzu sübut etməliyik.

- "Sabah" Çempionlar Liqasının müntəzəm mövsümündə çıxış edəcək. Burada hədəf nə olacaq?

- Təbii ki, növbəti mərhələyə yüksəlmək əla olardı. Müntəzəm mövsümdə debüt ilində hər oyunda keyfiyyətli və yaxşı basketbol sərgiləmək niyyətindəyik. Bunu bacarsaq, nəticə də özünü çox gözlətməyəcək. Bir sözlə, hər görüşdə maksimum güc sərf edib, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:33

"Alianza Lima" klubunun futbolçuları zorlamada ittiham olunur

Minifutbol
Bu gün, 22:18

Futzal millisinin baş məşçisi nəticədən məyusdur, lakin çoxsaylı qol epizodları yaratdıq

Futbol
Bu gün, 22:03

Kazemiro mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcək

Futbol
Bu gün, 21:56

"Neftçi" "Zirə" ilə matça hazırlaşdı

Voleybol
Bu gün, 21:48

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 10-cu turun matçlarının nəticələri və oyun cədvəli

Futbol
Bu gün, 21:34

Bəhlul Mustafazadə Çin klubuna keçməyə yaxındır

Futbol
Bu gün, 21:26

"Trabzonspor" "Qalatasaray"dan Krist İnao Ulai üçün 30 milyon avro tələb edir

Futbol
Bu gün, 21:19

Maykl Olise PSJ-yə 100 milyon avroya keçə bilər, "Bavariya" isə onu saxlamaq istəyir

Futbol
Bu gün, 21:11

Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında həftənin rəmzi komandasına daxil edilib

Minifutbol
Bu gün, 21:04

Futzal millimiz Danimarkaya uduzdu - FOTO

Futbol
Bu gün, 20:57

"Qarabağ"ın "Ayntraxt" üzərində qələbəsi dünya mətbuatında - Video

Futbol
Bu gün, 20:49

Elvin Cəfərquliyev Çempionlar Liqasının həftənin simvolik komandasında

Futbol
Bu gün, 20:48

Elvin Cəfərquliyev Çempionlar Liqasının həftənin simvolik komandasına düşüb

Futbol
Bu gün, 20:45

Elvin Cəfərquliyev Çempionlar Liqasının rəmzi komandasında

Futbol
Bu gün, 20:37

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu Vinisius Junior seçilib

Futbol
Bu gün, 20:34

Vinisius Çempionlar Liqasında həftənin oyunçusu seçilib

Basketbol
Bu gün, 20:27

Azərbaycan Basketbol Liqasında təxirə salınan oyunların yeni tarixləri bəlli oldu

Boks
Bu gün, 20:19

Azərbaycan çempionatının ilk günündə 24 döyüş keçirilib - YENİLƏNİB + FOTO

Formula 1
Bu gün, 20:05

“Mersedes” W17-ni təqdim etdi - FOTO

Cüdo
Bu gün, 19:58

Bakıda "Cüdo məktəblərdə" layihəsinə start verilib

Futbol
Bu gün, 19:50

2024/2025 mövsümü üçün gəlirlərinə görə ən varlı 10 futbol klubunun reytinqi açıqlanıb

Futbol
Bu gün, 19:35

"Çelsi" Yisa Alao ilə anlaşıb

Futbol
Bu gün, 19:28

Pedri zədə səbəbindən bir ay meydandan kənarda qalacaq

Digər
Bu gün, 19:19

"Neftçi" İK idmançılarının 2025-ci ildə qazandığı nailiyyətlər: 1172 medal, "Ən yaxşı idman klubu" nominasiyasında 2-ci yer

Oxşar xəbərlər