Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa kubokunda yarımfinalda çıxış edəcək.
İdman.biz xəbər verir ki, Kosovonun paytaxtı Priştinada keçirilən turnirində komandamız Malta ilə qarşılaşacaq.
Yığmamız qrup mərhələsində keçirdiyi hər iki oyunda qələbə qazanıb. Malta (17:14) və Lüksemburqu (21:9) məğlub edən millimiz qrup lideri kimi yarımfinala yüksəlib.
Avropa kuboku
Təsnifat mərhələsi
A qrupu
Yarımfinal
19:50. Azərbaycan – Malta
Qeyd edək ki, ilk pillənin sahibi birbaşa Avropa kubokunun həlledici mərhələsinə vəsiqə qazanacaq.
İdman.biz