top
Evren Alkaya: U-18 basketbol millisinin Avropa çempionatındakı hədəfləri və Belarus təlim-məşq toplanışı haqqında Idman.biz
23 iyun 2025, 17:32
- +

Evren Alkaya: U-18 basketbol millisinin Avropa çempionatındakı hədəfləri və Belarus təlim-məşq toplanışı haqqında

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisinin baş məşqçisi Evren Alkaya Belarusda keçirilən təlim-məşq toplanışını dəyərləndirib.

İdman.biz xəbər verir ki, mütəxəssis bu barədə "Report"a açıqlama verib.

O, yoxlama görüşləri barədə danışıb: "Güclü rəqiblərlə oynadıq. Belarusun U-14 komandasına qarşı keçirdiyimiz hər iki oyun yaxşı oldu. Təbii ki, yaşla əlaqədar fiziki göstəricilərimiz daha yaxşı olduğu üçün qələbə qazana bildik. Belarusun U-18 çempionatında ilk pillələrdə yer alan üç komandaya - "Horizont", "Rquor" və "Viktoriya"ya qarşı oyunlar keçirdik. Çox ciddi və hazır rəqiblər idi. Həm fiziki cəhətdən yaxşı, həm də təcrübəli olduqlarına görə bizə çətinliklər yaşatdılar. "Horizont" və "Viktoriya"ya tam formada olmadığımız üçün uduzduq. Baxmayaraq ki, oyunlar çox templi keçdi. "Rquor"un basketbolçuları fiziki cəhətdən çox güclü idilər. Qiymətli toplanış idi, zəif tərəflərimizi aşkarladıq. U-16-dan dəvət etdiyimiz yeni oyunçular da komandaya uyğunlaşıblar".

Türkiyəli baş məşqçi qarşıdan gələn Avropa çempionatında ilk "3-lük"də qərarlaşmaq istədiklərini vurğulayıb: "10 gündən sonra Avropa çempionatı ilə bağlı Litvaya yollanacağıq. İyulun 4-də Bosniya və Herseqovina ilə qarşılaşacağıq. Çox ciddi komandadır, 30-40 illik qadın basketbolu mədəniyyətinə malikdirlər. Çox yaxşı komanda formalaşdırıblar. Daha sonra Ukrayna, Litva, Kosova və İslandiya ilə üz-üzə gələcəyik. Ümid edirəm ki, qrupda ilk 3 yerdən birini tutub növbəti mərhələdə oynamaq şansı qazanacağıq. Oyunçularımıza güvənirik, bir-birilərinə uyğunlaşırlar. Tam formalaşmaları üçün zaman lazımdır. Azərbaycan U-18 millisi tarixdə ilk dəfə belə yarışda iştirak edəcək. Ümidvaram ki qələbələr qazanacağıq".

Qeyd edək ki, yığma Belarusdakı təlim-məşq toplanışında 6 yoxlama oyunu keçirib. Komanda yerli "Rquor" (84:39), "Rquor 2" (80:30) komandalarına qalib gəlib, "Horizont"a (40:68, 53:65) və "Viktoriya"ya (49:53, 62:68) hər iki qarşılaşmada uduzub.

Toplanış iyulun 4-13-ü aralığında Litvanın Alitus və Vilnüs şəhərlərində baş tutacaq Avropa çempionatının B divizionunun oyunlarına hazırlıq məqsədi daşıyıb.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:31

Okan Buruk "Yuventus"u məğlub etmək üçün "Qalatasaray"ın hansı şərtləri yerinə yetirməli olduğunu açıqlayıb

Futbol
Bu gün, 23:24

"Sabah"ın qapıçısı Pokatilov: "Adətən daha rahat hesablı qələbələr qazanırdıq, amma bu oyun ağır oldu"

Olimpiada
Bu gün, 23:08

XXV Qış Olimpiya Oyunları: Güclü qara görə qadın fristaylçıların "big-air" yarışı təxirə salındı

Futbol
Bu gün, 23:01

Luis Enrikedən "Monako" oyunu öncəsi: "PSJ-nin ən yaxşı versiyasını görmək istəyirəm"

Futbol
Bu gün, 22:57

Stas Pokatilov: Uzun müddətdir belə ağır və dramatik qarşılaşma olmamışdı

Futbol
Bu gün, 22:45

"Monako"nun baş məşqçisi PSJ ilə oyun öncəsi özünə inamın vacibliyini vurğulayıb

Futbol
Bu gün, 22:29

Niko Uilyams qasıq yırtığı səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb

Futbol
Bu gün, 22:14

Joze Mourinyo "Real Madrid"ə qarşı incikliyi olmadığını bildirib

Futbol
Bu gün, 21:58

Con Heytinqa 33 gündən sonra "Tottenhem"i tərk edib

Futbol
Bu gün, 21:56

"Ayaks"ın yeni transferi Aleksandr Zinçenko zədələndi

Futbol
Bu gün, 21:43

"Ayaks" Aleksandr Zinçenkonun ciddi diz zədəsi aldığını və mövsümün bitdiyini açıqlayıb

Futbol
Bu gün, 21:26

II Liqanın XV tur oyunlarının canlı yayımlanacağı açıqlandı

Futbol
Bu gün, 21:25

George Çixradze: "Sabah" çempionluğa, "Qəbələ" isə liqada qalmağa çalışır

Futbol
Bu gün, 21:15

"Sabah" "Qəbələ"ni məğlub edərək çempionluğa doğru irəliləyir

Futbol
Bu gün, 21:12

"Qəbələ"nin məşqçisi "Sabah"la oyunda sayılmayan qolun qaydalara uyğun olduğunu dedi

Futbol
Bu gün, 21:01

Françesko Totti "Roma"ya qayıtmaqla bağlı danışıqları təsdiqləyib

Futbol
Bu gün, 20:57

"Sabah" U-14 "Kobuleti Winter Cup" turnirinin qalibi oldu

Boks
Bu gün, 20:56

Həbib Nurməhəmmədov Rusiyadakı biznesini tərk edərək BƏƏ-də 46 milyon dollar qazanır

Futbol
Bu gün, 20:42

"Sabah"ın baş məşqçisi: "Qəbələ" bəlkə də bir xala layiq idi

Futbol
Bu gün, 20:41

PFL və AFFA-dan "İmişli"nin Quba stadionunda oynaması ilə bağlı AÇIQLAMA

Cüdo
Bu gün, 20:27

Böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçirildi: Nəticələr və detallar + FOTO/VİDEO

Futbol
Bu gün, 20:27

Fatih Terimin köməkçisi Levent Şahin "Gənclərbirliyi"nə baş məşqçi təyin edilib

Cüdo
Bu gün, 20:23

Cüdo üzrə böyüklər arasında ne-vaza üzrə ACF Kubokunun qalibləri müəyyən olunub

Futbol
Bu gün, 20:23

Valdas Dambrauskas "Sabah"ın "Qəbələ" üzərində qələbəsi və oyun haqqında fikirləri

Oxşar xəbərlər