NBA-da final seriyasının 2-ci oyunun keçirilib.
İdman.biz xəbər xəbər verir ki, "Boston Seltiks" hesabda 2:0 önə keçib.
"Dallas Maveriks"lə ilk görüşdə asan qələbə qazanan "Boston" basketbolçuları bu dəfə ciddi müqavimətlə üzləşiblər. İlk iki periodda bərabər mübarizə getsə də, fasilədən meydan sahibləri daha dəqiq oynayıblar. Oyun "Seltiks"in 105:98 (25:28, 29:23, 29:23, 22:24) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Boston" ilk görüşdə 107:89 hesabı ilə üstün olmuşdu. Komandalar arasında 3-cü oyun iyunun 13-də keçiriləcək.
İdman.biz