Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa kubokunda mübarizəyə başlayıb.
İdman.biz xəbər verir ki, yığmamız Kosovonun paytaxtı Priştinada keçirilən yarışın ilk günündə 4 matç keçirəcək.
Komandamız təsnifat mərhələsində ilk görüşünü saat 11:30-da Ermənistan qarşı keçirəcək. Basketbolçularımız ardınca müvafiq olaraq ev sahibləri, Kipr və Albaniya ilə üz-üzə gələcək.
Avropa kuboku
Təsnifat mərhələsi
8 iyun
11:30. Ermənistan – Azərbaycan - 9:21
16:10. Azərbaycan – Kosovo
19:40. Kipr – Azərbaycan
23:45. Azərbaycan – Albaniya
Qeyd edək ki, digər qrupda Malta, Lüksemburq, Andorra və İrlandiya mübarizə aparacaq.
İdman.biz