top
Azərbaycan U-18 qız basketbol millisi Avropa çempionatına hazırlaşır Sport24.az
23 iyun 2025, 18:59
- +

Azərbaycan U-18 qız basketbol millisi Avropa çempionatına hazırlaşır

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisinin baş məşqçisi Evren Alkaya Belarusda keçirilən təlim-məşq toplanışını dəyərləndirib. Sport24.az xəbər verir ki, mütəxəssis bu barədə "Report"a açıqlama verib.

 

O, yoxlama görüşləri barədə danışıb: "Güclü rəqiblərlə oynadıq. Belarusun U-14 komandasına qarşı keçirdiyimiz hər iki oyun yaxşı oldu. Təbii ki, yaşla əlaqədar fiziki göstəricilərimiz daha yaxşı olduğu üçün qələbə qazana bildik. Belarusun U-18 çempionatında ilk pillələrdə yer alan üç komandaya - "Horizont", "Rquor" və "Viktoriya"ya qarşı oyunlar keçirdik. Çox ciddi və hazır rəqiblər idi. Həm fiziki cəhətdən yaxşı, həm də təcrübəli olduqlarına görə bizə çətinliklər yaşatdılar. "Horizont" və "Viktoriya"ya tam formada olmadığımız üçün uduzduq. Baxmayaraq ki, oyunlar çox templi keçdi. "Rquor"un basketbolçuları fiziki cəhətdən çox güclü idilər. Qiymətli toplanış idi, zəif tərəflərimizi aşkarladıq. U-16-dan dəvət etdiyimiz yeni oyunçular da komandaya uyğunlaşıblar".

 

Türkiyəli baş məşqçi qarşıdan gələn Avropa çempionatında ilk "3-lük"də qərarlaşmaq istədiklərini vurğulayıb: "10 gündən sonra Avropa çempionatı ilə bağlı Litvaya yollanacağıq. İyulun 4-də Bosniya və Herseqovina ilə qarşılaşacağıq. Çox ciddi komandadır, 30-40 illik qadın basketbolu mədəniyyətinə malikdirlər. Çox yaxşı komanda formalaşdırıblar. Daha sonra Ukrayna, Litva, Kosova və İslandiya ilə üz-üzə gələcəyik. Ümid edirəm ki, qrupda ilk 3 yerdən birini tutub növbəti mərhələdə oynamaq şansı qazanacağıq. Oyunçularımıza güvənirik, bir-birilərinə uyğunlaşırlar. Tam formalaşmaları üçün zaman lazımdır. Azərbaycan U-18 millisi tarixdə ilk dəfə belə yarışda iştirak edəcək. Ümidvaram ki qələbələr qazanacağıq".

 

Qeyd edək ki, yığma Belarusdakı təlim-məşq toplanışında 6 yoxlama oyunu keçirib. Komanda yerli "Rquor" (84:39), "Rquor 2" (80:30) komandalarına qalib gəlib, "Horizont"a (40:68, 53:65) və "Viktoriya"ya (49:53, 62:68) hər iki qarşılaşmada uduzub.

 

Toplanış iyulun 4-13-ü aralığında Litvanın Alitus və Vilnüs şəhərlərində baş tutacaq Avropa çempionatının B divizionunun oyunlarına hazırlıq məqsədi daşıyıb.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:06

Felipe Santos: "Çempionatın ikinci hissəsində hər şey ola bilər" - MÜSAHİBƏ

Futbol
Bu gün, 16:59

Stiven Cerrard "Liverpul" veteranlarının heyətində oynayacaq

Futbol
Bu gün, 16:57

"Qarabağ" - "Kəpəz": "Kəpəz" hesabı açdı - 0:1

Futbol
Bu gün, 16:54

"Kəpəz" "Qarabağ"ı məğlub etdi

Futbol
Bu gün, 16:46

İspaniya La Liqası: "Vilyarreal" - "Real Madrid" qarşılaşması çempionluq mübarizəsində həlledici ola bilər

Futbol
Bu gün, 16:35

Ayxan Abbasov: Məğlubiyyət komanda olaraq ayılmağımıza təsir edəcək

Futbol
Bu gün, 16:30

"Qarabağ" - "Kəpəz" Oyunu Başladı: Heyətlər və Detallar

Futbol
Bu gün, 16:30

"Qarabağ" - "Kəpəz": Matçın Başlanğıc Heyətləri və Hesabat

Futbol
Bu gün, 16:26

Stiven Cerrard "Liverpul" veteranlarının heyətində meydana çıxacaq

Basketbol
Bu gün, 16:25

"Şəki" Aleks Koldvelllə yenidən müqavilə bağladı

Futbol
Bu gün, 16:19

George Çixradzenin fikirləri: "Məqsədimiz elitada yerimizi qorumaqdır."

Güləş
Bu gün, 16:06

Cəbrayıl Həsənov: Karyera, Dünya Çempionluğu Arzusu və İnvestisiyalar Barədə Müsahibə

Futbol
Bu gün, 15:58

Misli Premyer Liqası: "Qəbələ" səfərdə "Şamaxı"nı darmadağın etdi - YENİLƏNİB + VİDEO

Futbol
Bu gün, 15:56

Lotar Matteus xizək sürərkən çiyinindən ağır zədə alıb

Futbol
Bu gün, 15:54

Misli Premyer Liqası: "Şamaxı" - "Qəbələ" oyununun CANLI hesabı və qolları

Futbol
Bu gün, 15:53

"Qəbələ" "Şamaxı"nı darmadağın etdi (0:4)

Basketbol
Bu gün, 15:46

Aleks Koldvell yenidən "Şəki"də!

Futbol
Bu gün, 15:45

"Şamaxı" - "Qəbələ" 0:3 - Hesabat

Futbol
Bu gün, 15:45

"Qarabağ" - "Kəpəz": Start heyətləri və oyun öncəsi məlumatlar

Futbol
Bu gün, 15:41

Misli Premyer Liqası: "Şamaxı" - "Qəbələ" oyunu - CANLI hesabat

Futbol
Bu gün, 15:36

Nigar Mirzəliyeva "Hamburq"a transfer olundu

Futbol
Bu gün, 15:35

"Qarabağ" - "Kəpəz": Heyətlər və Oyun Öncesi Məlumat

Futbol
Bu gün, 15:26

"Atletiko" Qrizmanı itirdi

Futbol
Bu gün, 15:26

İngiltərə Premyer Liqası: "Arsenal" - "Mançester Yunayted" qarşılaşmasına İCMAL – İDMAN.BİZ

Oxşar xəbərlər