Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə təşkil olunan Avropa Kubokunda növbəti görüşünü keçirib.
İdman.biz xəbər verir ki, yığmamız 1/4 finalda Polşa ilə qarşılaşıb.
Matç Bakı vaxtı ilə saat 14:25-də start götürüb.
Oyun yığmamızın 16:13 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komandamız Avropa Kubokunun yarımfinalına vəsiqə qazanıb.
Qeyd edək ki, millimiz bundan əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynaya (21:14) qalib gəlib.
İdman.biz